Yeni hədəf, yeni mərhələ

 

Prezidentin səsləndirdiyi tezislər postböhranondan sonrakı dövr üçün inkişafın istiqamətverici konsepsiyasıdır

 

İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz”.

Ölkə gəncliyi ilə görüşündə İlham Əliyev bu fikri qətiyyətli şəkildə səsləndirdi. Bu, Azərbaycan tarixiningünümüzün reallığıdır. Cənubi Qafqazın qüdrətli və tam müstəqil siyasət yürüdən dövlətinin lideri bu gün Azərbaycanı dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevirib.

Gənclərlə görüşdə Prezident bu uğurların necə əldə edildiyinimövcud potensialın daha da gücləndirilməsinin istiqamətlərini göstərdi. Yəni dövlət başçısı ölkənin qloballaşan dünyada getdikcə daha da mürəkkəbləşən geosiyasi, geoiqtisadi mühitdə inkişafının yol xəritəsini təqdim etdi.

Bütün bunlar gəncləri maraqlandıran, düşündürən suallara Prezident tərəfindən verilən cavablar əsasında aydınlaşdı. Dövlət başçısı həm mövzunu ətraflı izah etdi, həm də həmin istiqamətdə görülən işlər və nəzərdə tutulan yeni inkişaf istiqamətinin tezislərini səsləndirdi. Eyni zamanda problemlərə də toxunan İlham Əliyev onun həlli yollarını və inkişaf trendinin yeni istiqamətlərini də göstərdi.

 

Milli-mənəvi dəyərlər, dəyişən formalar, dəyişməyən məqsəd və məramlar

 

Prezident görüş zamanı daim aktuallığı ilə seçilən milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gəncinin fəaliyyətini qiymətləndirdi və mühüm tövsiyələrini verdi.

Milli-mənəvi dəyərlərin dövlətimizin əsasını təşkil etdiyini vurğulayan Prezident bir daha bəyan etdi ki, müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Bu dəyərlərin qorunub saxlanması Azərbaycana hərtərəfli dividendlər qazandırıb və bu mövcud dəyərləri qoruyub saxladıqca ölkəmiz daha da güclənəcək, xalqımız əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Bunun üçün isə, ilk növbədə, ölkə gəncliyi mütləq vətənpərvərlik əsasında tərbiyə edilməli, yetişməkdə olan nəslə Vətənə bağlılıq prinsipləri ən yüksək səviyyədə aşılanmalıdır. Vətən və dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Yeni çağırışlara gəldikdə isə İlham Əliyev gənclərin diqqətinə çatdırdı ki, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, qloballaşma, yaxud da insanları, xüsusilə də gəncləri vahid “dəyərlər” ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Yəni məqsəd dəyişmir və dəyişməyəcək: “Əgər hətta uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və məram dəyişmir, forma dəyişir, mübarizə üsulları dəyişir. Hansısa məsələni həll etmək üçün bu məsələnin pərdələnməsi, yaxud da, əgər belə demək mümkündürsə, qablaşdırılması dəyişir, amma mahiyyət dəyişmir. Yəni hegemonluq uğrunda mübarizə, xüsusilə böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr xüsusi diqqət cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün biz bunu hər zaman, müstəqillik illərində dəfələrlə görmüşük. Bax, bu niyyətlə üzləşirik, buna müqavimət göstəririk və deyə bilərəm ki, bu təhlükələri dəf edə bilmişik”.

Prezident bəyan etdi ki, bu gün həm iqtidar, həm də bütövlükdə cəmiyyət birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Özü isə Prezident kimi indiyədək milli dəyərləri müdafiə edibsona qədər də buna sadiq qalacaq.

 

Bütün çirkin kampaniyalar hər zamankı kimi iflasa uğrayacaq

 

İlham Əliyev milli ruhda yetişən gənclərə ölkənin yeni çağırışlar fonunda inkişafına verə biləcəkləri töhfələrdən, reallaşdıra biləcəkləri layihələrdən və Azərbaycana qarşı daim qarayaxma kampaniyası aparan müxtəlif QHT-lərin məkrli planlarından danışdı, onlara qarşı mübarizə yollarını da göstərdi.

Prezident ilk növbədə dedi ki, milli ruh, milli ləyaqət və vətənpərvərlik hər zaman gənclərimizi irəli aparıb. Belə xalqla heç kim mübarizə apara bilməz. Müstəqillik dövründə böyüyüən vətənpərvər gəncliyin torpaq, Vətən, dövlət sevgisi isə 44 günlük Vətən müharibəsində bir daha dünyaya bəlli oldu. Qarabağı görməyən, keçmişin acı tarixini yaşamayan gənclər Vətən uğrunda savaşa atılıb canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldı və ya qazi oldu. Arxa cəbhədə qalan gənclərimizin mütləq əksəriyyəti isə informasiya savaşında ölkəmizə böyük dəstək oldular. Onlar sosial şəbəkələrdə çox fəal olub informasiya müharibəsində də böyük üstünlük qazandılar. Azərbaycandan kənarda yaşayan soydaşlarımızın həyata keçirdikləri aksiyalar və digər tədbirlər bu proseslərə böyük dəstək oldu.

Ona görə də bu gün dünya Azərbaycan gəncini mübariz, intellektual, kreativ gənclik kimi qəbul edir. Bu gənclik ölkənin uğurlu gələcəyinin təminatçısıdır desək, yanılmarıq. Prezident bildirdi ki, müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi böyük məsuliyyət düşür və əminliklə demək olar ki, gənclər bunu dərk ediröz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar: “Müharibədəki Qələbə ölkəmizə, xalqımıza olan hörməti daha da artırdı. Sadəcə olaraq, fəallıq, düzgün informasiya kanallarının müəyyən edilməsi, müxtəlif istifadəçilərin kateqoriyalarına uyğun olan informasiya həcminin ötürülməsi - bütün bunlar, əlbəttə ki, böyük səriştə tələb edir, məharət tələb edir. Dövlət orqanları da bu sahədə fəal olmalıdırlar və bizim bir çox dövlət qurumlarımız artıq bu imkanlardan istifadə edirlər. Bu, kütləvi xarakter daşımalıdır ki, biz bu yeni informativ məkanda daim öz həqiqətlərimizi çatdıra bilək”.

İlham Əliyev hər zaman Azərbaycana qarşı ikili standartlar prinsipi yürüdən, ayrı-seçkilik edən və qarayaxma kampaniyası aparan təşkilatları da diqqətə çəkərək dedi ki, bu güninformasiya təxribatları davam edir.

Feyk-nyuslar artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumatlar ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu məlumatlar ətrafında müzakirələr aparılır, sanki bu, bir həqiqətdir. Ondan sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi ötürülür. Bu, çox bəsit bir texnologiyadır, amma əfsuslar olsun ki, bəzi yerlərdə bu, işləyir. İdarə edənlər də eyniləridir, yəni dünyanın əsas qeyri-hökumət təşkilatlarıdırlar.

Onları çox yaxşı tanıyırıq. Bunlar  Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Sorosonun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar və digərləri antiazərbaycançı mövqeyində dayanan QHT-lərdir. Bütün dövrlərdə bu təşkilatlar ölkəmizə qarşı çirkin kampaniyalar apardılar. Min oyundan çıxdılar, amma “arzuları”, “istəkləri” alınmayıb. İndi isə yeni üsullar axtarılır və hədəf gənclərdir. Çünki hesab edirlər ki, gəncləri yoldan çıxarmaq daha asandır. Prezident vurğuladı ki, bu səylər davamlı olacaq: “Nə qədər ki biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Deməli, biz elə etməliyik ki, bu, daim davam etsin. Elə etməliyik ki, gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən siz gənclər elə etməlisiniz ki, heç vaxt onlar bizə qalib gəlməsinlər”.

Vətənpərvər, xalqını, dövlətini sevən Azərbaycan gəncliyi isə Prezident qarşısında bir daha milli-mənəvi dəyərlərə sadiq qalacağını bəyan etməklə hər zaman İlham Əliyevin və yürütdüyü müstəqil siyasətin dəstəkçisi olacaqlarını bəyan etdilər. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycan yeni, müasirintellektual gəncliyi ilə daha inamlı, xoşbəxt gələcəyə doğru inamla addımlayır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 9 fevral.- S.1; 3.