Azərbaycan
Respublikasının Mənzil Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612;
2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə
732, № 7, maddə 1298, № 11, maddə 2190; 2019, № 1, maddə 14, №
3, maddə 368, № 5, maddə 814, № 8, maddə 1375; 2020, № 6, maddə
670, № 7, maddə 832; 2021, № 8, maddə 894) 146.4-cü maddəsində
“hallarda” sözündən sonra “və qaydada” sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2021-ci il
Azərbaycan.-2022.- 8 fevral.- S.2.