Pensiyalar artırıldı və əlavə olaraq
pensiyaçılara maddi yardım
ayrıldı
Prezident İlham
Əliyevin “Əmək
pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə
tədbirlər haqqında”
8 fevral 2022-ci il tarixli Sərəncamı dövlət
başçısının pensiyaçılara növbəti
qayğısı olmaqla,
COVİD-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili
inflyasiyaya və əmək pensiyaçılarının
sosial rifahına mənfi təsirlərinin
yumşaldılması məqsədinə
xidmət edir.
Yeni Sərəncamla
2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının
sığorta hissəsi
2021-ci il üzrə orta aylıq nominal əmək haqqının
artım tempinə uyğun indeksləşdirilərək
2022-ci ilin 1 yanvar tarixindən artırılacaq
və yanvar ayının artımı
fevral ayının pensiyası ilə birgə veriləcək.
Dövlət Statistika
Komitəsinin təqdim
etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının
illik artım tempi 3,4 faiz təşkil
edib.
Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.
Beləliklə, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə bu artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.
Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.
Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.
Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.
Yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.
Məlumat üçün bildirək ki,
qulluq stajına görə əlavələrlə
pensiya təyin edilmiş
şəxslər 99 min nəfərdir və
əsasən pensiyaya
çıxmış hərbçilər,
hüquq-mühafizə orqanlarının əməkdaşları,
dövlət qulluqçuları və b.
ibarətdir. Mövcud qanunvericiliyə
əsasən bu kateqoriyadan
olan pensiyaçıların pensiyaları
sığorta prinsipindən kənar formalaşdığına
görə illik indeksasiyalar
onların pensiyalarının ümumi məbləğinə
şamil olunmur. Yeni Sərəncam isə bu
şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin
göstərilməsinə və ümumi
pensiya məbləğlərinin hər il artırılmasına imkan
yaradacaq.
Azərbaycan.- 2022.- 9 fevral.- S.2.