Azərbaycan
- Ukrayna münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib
Hörmətli
cənab Prezident,
Azərbaycan
Respublikası ilə Ukrayna arasında əlamətdar tarix –
diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümü münasibətilə Sizi səmimiyyətlə
təbrik edir, dost Ukrayna xalqına ən xoş
arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Diplomatik
əlaqələrimiz otuz illik tarixə malik olsa da,
xalqlarımızın əsrlərdən bəri davam edən
dostluq və əməkdaşlıq ənənələri
mövcuddur. Məhz bu möhkəm təməllər üzərində
qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi
və gündən-günə genişlənməsi xüsusi
məmnunluq doğurur.
Sevindirici
haldır ki, bu illər ərzində qarşılıqlı
inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası
münasibətlərimiz daha da inkişaf edərək strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlmiş,
siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın
əhatə dairəsi genişlənmişdir. Bu gün
apardığımız yüksək səviyyəli siyasi
dialoq, çoxsaylı qarşılıqlı səfərlər,
imzalanmış sənədlər, həyata keçirilən
birgə layihələr, o cümlədən Hökumətlərarası
Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın
yeni istiqamətlərinin müəyyən edilməsində
mühüm rol oynayır.
Əminəm
ki, birgə səylərimizlə Azərbaycan-Ukrayna əlaqələrinin
bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə
nail olacağıq.
Fürsətdən
istifadə edərək Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər,
dost Ukrayna xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 fevral 2022-ci il
Azərbaycan.-2022.- 8 fevral.- S.1.