İlham Əliyevin
islahatları real nəticəsini
verir
Azərbaycan qlobal böhranın yaratdığı
çətinlikləri sürətlə
geridə qoyur
Son illərdə
qlobal iqtisadiyyatda baş verənlər, o cümlədən neftin qiymətinin aşağı
düşməsi əksər
dövlətlərin iqtisadiyyatına
müxtəlif dərəcədə
öz təsirini göstərmişdir.
Koronavirus infeksiyasının yayılması
və pandemiyaya çevrilməsi isə demək olar ki, bütün dövlətlərin iqtisadi
həyatında hiss olundu. Bunun nəticəsidir
ki, son iki ildə dünyanın hər yerində iqtisadi azalma baş verib.
Ölkəmizdə iqtisadiyyat
artır, sənaye potensialı yüksəlir
Azərbaycan iqtisadiyyatı qlobal iqitsadiyyatla sıx inteqrasiya olunmuş şəraitdə inkişaf
etdiyindən dünyada
baş verən proseslər təbii ki, respublikamıza da təsirsiz ötüşmədi. Ümumi
daxili məhsul istehsalında, iqtisadiyyatın
ayrı-ayrı sferalarında
əvvəlki illərlə
müqayisədə azalmalar
özünü büruzə
verdi. Lakin 2021-ci ilin
yekunları göstərdi
ki, milli iqtisadiyyatımız pandemiyanın
yaratdığı çətinlikləri
də geridə qoyub.
Fevralın 11-də “Qobu”
Enerji Qovşağının
açılışından sonra AZƏRTAC-a müsahibə
verən Prezident İlham Əliyev keçən il
iqtisadiyyatımızın 5 faizdən çox artdığını bəyan
etdi: “Eyni zamanda ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı
gözəl göstəricilərlə
sevindirə bildik. Keçən il iqtisadiyyatımız
5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb”.
Dövlət Statistika
Komitəsi də bildirir ki, 2021-ci ildə ölkədə
92857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü
ilə müqayisədə
5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Əhalinin hər nəfərinə düşən
ÜDM 9269,3 manata bərabər olub. Sənaye müəssisələri
və bu sahədə fəaliyyət
göstərən fərdi
sahibkarlar tərəfindən
2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə
5,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Bütün bunlarla bərabər, 2021-ci ildə
respublikamızın valyuta
ehtiyatlarının 2,5 milyard
dollar artması, o cümlədən xarici ticarət dövriyyəsində
ixracın idxalı üstələməsi, 10 milyard
dollardan çox müsbət saldonun yaranması ötən ilin Azərbaycan üçün uğurlu
olduğunu təsdiq edən mühüm makroiqtisadi göstəricilərdir.
Qlobal təsirlərə
dözümlülük əhəmiyyətli
dərəcədə möhkəmlənib
Ötən ilin makroiqtisadi göstəriciləri ürəkaçandır. Görünən odur ki, indiyədək
bütün qlobal iqtisadi kataklizmlərdən
layiqincə çıxan
Azərbaycan pandemiyanın
yaratdığı çətinlikləri
də sürətlə
geridə qoyur. Təbii ki, nailiyyətlərin təməlində Prezident
İlham Əliyevin başlatdığı və
davamlı şəkildə
həyata keçirilən
iqtisadi islahatlar dayanır. Bunun nəticəsində ölkənin
sosial-iqtisadi potensialının
artımına nail olunması
ilə yanaşı, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü
də əhəmiyyətli
dərəcədə yüksəlib.
Azərbaycanın iqtisadi sferada nail olduğu artımlarla bağlı başqa bir mühüm məqam ondan ibarətdir ki, respublikamız bütün
bu uğurlara müharibədən dərhal
sonra nail olub. Dünya
təcrübəsi göstərir
ki, müharibədən
çıxmış dövlətlər
iqtisadi sahədə irəliləyişlərə dərhal
nail ola bilmirlər,
bunun üçün
uzun illər lazım gəlir. Azərbaycanın isə müharibədən təzə
çıxmış ölkə
olması baxımından
nail olduğu iqtisadi artımı ondan xəbər verir ki, respublikamızda gözəl iqtisadi mühit var. Eyni zamanda müsbət iqtisadi göstəricilərin
Qarabağ və Şərqi Zəngəzurda
aparılan bərpa və yenidənqurma işlərinin fonunda əldə edilməsi bir daha Prezident
İlham Əliyevin iqtisadi strategiyasının dövlətimizin
qarşısında dayanan
iqtisadi məqsədləri
layiqincə
təmin etdiyini göstərir.
Onu da qeyd edək
ki, bu ildən
maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli
dərəcədə artırılıb. İki milyon yüz min insanı əhatə edən bu sosial
paketin ümumi həcmi 1,5 milyard
manatdır. Bütün bunlar respublikamızda
gedən düzgün
iqtisadi proseslərin və islahatların məntiqi nəticəsidir.
Daha keyfiyyətli
inkişaf üçün
əsaslar yaranıb
Prezident İlham
Əliyev “Qobu” Enerji Qovşağının
açılışından sonra verdiyi müsahibədə
2022-ci ilin yanvar ayının da makroiqtisadi göstəricilərini
diqqətə çatdırdı:
“İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da
rekord göstəricidir.
Yəni bu, onu göstərir
ki, müsbət dinamika bu il
də təmin ediləcək”.
İqtisadi reallıqlara əsasən,
yanvar ayı adətən iqtisadiyyatda nəzərəçarpan rəqəmlərlə
yadda qalmır. Lakin göründüyü
kimi, Azərbaycanda iqtisadi inkişaf ilin birinci ayından
sürətli templə
əlamətdardır. Bu da 2022-ci ilin
respublikamızın iqtisadi
inkişafında mühüm
mərhələ olacağına
dəlalət edir.
Artıq Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm
qoyub. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini
Azərbaycanın daha
keyfiyyətli inkişaf
mərhələsinə keçməsinə,
sürətlə inkişaf
edən, yüksək
rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradıb.
Respublikamızın ərazi bütövlüyünün
bərpası ilə səciyyələnən bu
dövrdə dərin
struktur-institusional islahatlar
hesabına və yüksək iqtisadi artım mənbələrinin
tapılması vasitəsilə
Azərbaycanın iqtisadi
qüdrəti daha da artırılacaq, işğaldan azad edilmiş bölgələrə
tarixi qayıdış
və məskunlaşma
təmin ediləcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.- 16 fevral.- S.2.