Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi
ilə Su ehtiyatlarından səmərəli
istifadə üzrə Komissiyanın 15-ci iclası keçirilib
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Su ehtiyatlarından səmərəli
istifadə üzrə Komissiyanın sədri Şahin
Mustafayevin rəhbərliyi ilə Komissiyanın 15-ci (onlayn)
iclası keçirilib.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 27.07.2020-ci il
tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin
təmin edilməsinə dair 2020–2022-ci illər
üçün Tədbirlər Planı”na əsasən su və
su təsərrüfatı obyektlərindən nəzarətdənkənar
istifadənin aradan qaldırılması, uçotun təkmilləşdirilməsi
və nəzarətin təmin edilməsi istiqamətində
verilmiş tapşırıqların icrası ilə
bağlı görülmüş tədbirlər barədə
Komissiyada təmsil olunan müvafiq dövlət
qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti
orqanlarının məruzələri dinlənilib və
müzakirələr aparılıb.
Müzakirələrin
nəticəsinə əsasən Mingəçevir su
anbarından başlayaraq Kür çayının mənsəbinə
qədər Kür çayı hövzəsi üzrə su
ehtiyatlarından səmərəli və qənaətli istifadəni
və məsələnin həllinə kompleks yanaşmanı
təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə
mexanizminin tətbiqinə dair Komissiyada təmsil olunan
müvafiq dövlət qurumlarına və aidiyyəti yerli
icra hakimiyyəti orqanlarına zəruri tapşırıqlar
verilib.
Azərbaycan.-2022.- 8 fevral.- S.2.