NATO-dan İlham Əliyevə tam dəstək

 

Beynəlxalq təşkilat Azərbaycan Prezidentinin enerji siyasətini birmənalı təqdir edir

 

Müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə töhfəsini verən Azərbaycan bu gün dünyada regional güc kimi qəbul edilməkdədir.

Azərbaycan region ölkələri, dünyanın aparıcı dövlətləri üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətin yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir. Müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən NATO, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İƏT, MDB digər nüfuzlu qurumlarla fəal əməkdaşlıq edən Azərbaycan həm öz milli maraqlarını gerçəkləşdirir. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri NATO-dur.

 

30 illik uğurlu əməkdaşlıq

 

Azərbaycanla NATO arasındakı ilk təmasların tarixi ölkəmizin bir sıra Mərkəzi Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulması 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycanla NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir.

Ölkəmizin NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq etmək  məsələsi ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyası Hərbi Doktrinasında öz əksini tapıb.

Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd prinsiplərin yerinə yetirilməsindən ötrü NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir.

Azərbaycan 1996-cı il SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq Əməkdaşlıq Proqramı çərçivəsində hər il 200-dən artıq tədbirdə iştirak edir.

Fərdi Tərəfdaşlıq Əməkdaşlıq Proqramı NATO-nun üzvü bəzi tərəfdaş ölkələri tərəfindən təşkil olunan təcrübə mübadiləsi, hazırlığın artırılması məqsədi daşıyan, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır.

 

Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır

 

Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevlə telefon danışığı zamanı səsləndirdiyi fikirlər bir daha əlaqələrin yüksələn xəttlə inkişafını təsdiq etdi.

Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-da görüşlərinə NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyətinə, Ukrayna ətrafında cərəyan edən proseslərə dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, ötən ilin dekabrında İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirak etmək üçün Brüsselə səfəri çərçivəsində NATO-nun mənzil-qərargahında alyansın Baş katibi Yens Stoltenberqlə görüşmüşdü. NATO-nun Baş katibinin dəvəti əsasında keçirilən görüşdə baş katib ölkəmizin alyansın dəyərli tərəfdaşı olduğunu deyərək Azərbaycan Silahlı Qüvvələrinin ƏfqanıstandaQətiyyətli dəstəkəməliyyatlarındakı xidmətini yüksək qiymətləndirmişdi. Qeyd edilmişdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdi.

Alyansın mənzil-qərargahına 7-ci dəfə səfər etdiyini söyləyən İlham Əliyev isə Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu deyərək qeyd etmişdir ki, hərbçilərimiz 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.

Sonuncu səfər zamanı NATO-nun Şimali Atlantika Şurasının iclasında Azərbaycan-NATO əməkdaşlığı praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilənQətiyyətli dəstəkmissiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılmışdı.

Toplantıda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunmuşdur.

 

Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

 

Fevralın 4-də Bakıda, “Gülüstansarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı zamanı çıxış edən İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.

Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda isə heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, enerji siyasəti arxasında heç bir siyasi gündəm olmayıb. İlham Əliyevin enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes nəticələrə hesablanmış olub, bu da əməkdaşlığa qarşılıqlı dəstəyə gətirib çıxarıb.

Bu gün qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı getdikcə artır. Bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar bu göstəricilər hər il artır. 2021-ci il həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdəCənub qaz dəhlizivasitəsilə Gürcüstan, Türkiyə Avropa istehlakçıları 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu onu göstərir ki, “Cənub qaz dəhliziAvropa ölkələrinin enerji təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir.

Prezident Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğunu da vurğulayaraq bildirib ki, ən böyük yataqŞahdəniz”dir. Bu, Azərbaycanda əsas qaz yatağıdır bu vaxtadəkCənub qaz dəhlizi”nə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində gedir. Ümid edilir ki, ən böyük qaz kondensatı yataqlarından biri olanAbşeron”da tezliklə qaz hasilatına başlanılacaq. Prezidentin söylədiyi kimi, “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, Azərbaycanın artan tələbatını qarşılaya bilər həmçinin ixrac imkanlarını da təmin edə bilər.

Göründüyü kimi, Cənubi Qafqaz regionunda geosiyasi geoiqtisadi çəkisi gündən-günə artan, Avrasiyanın əlverişli nəqliyyat-logistika mərkəzinə çevrilərək qitənin enerji xəritəsini yenidən tərtib edən Azərbaycan reallaşdırdığı transmilli layihələrlə beynəlxalq birliyin ən etibarlı tərəfdaşı hesab olunur. Açıq dənizə çıxışı olmayan bir ölkənin qısa zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilməsi, həqiqətən , ölkəmiz adına böyük nailiyyətdir. Bu uğurlar Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin 19 il ərzində həyata keçirdiyi tam müstəqil düşünülmüş siyasəti nəticəsində əldə edilib.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 16 fevral.- S.1-2.