Milli Məclisin
sədri Sahibə Qafarovanın
başçılığı ilə parlament
nümayəndə heyətinin Estoniyaya rəsmi
səfəri başlıyıb
Fevralın 6-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfərə gəlib.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə
heyətini Tallinn Lennart Meri hava limanında Estoniyanın Azərbaycandakı
səfiri xanım Anneli Kolk, ölkəmizin Estoniyadakı səfiri
Anar Məhərrəmov və digər rəsmi şəxslər
qarşılayıblar.
Səfər
çərçivəsində Milli Məclis sədrinin
Estoniya Respublikasının prezidenti, parlamentin sədri və
ölkənin digər rəsmi şəxsləri ilə
görüşləri nəzərdə tutulub.
Azərbaycan.-2022.- 8 fevral.- S.3.