Qarabağın və Şərqi Zəngəzurun təbiətinə düşmənin vurduğu yaraları sağaldacağıq!

 

 

Bu əminliyi indiyədək ölkədə ətraf mühitlə bağlı gerçəkləşən layihələr yaradır

 

 

 

Erməni faşistləri 30 il işğal altında saxladıqları torpaqlarımızda eyni zamanda amansızcasına ekoloji terror törətmişlər. Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra onların bu vəhşiliyi bütün dünyaya bəyan oldu. Xaricdən gələn nümayəndə heyətləri və jurnalistlər, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları erməni vandallığının izlərini öz gözləri ilə gördülər. Prezident İlham Əliyev işğalçıların bu vəhşiliklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırıb.

Dövlət başçısı bu məsələni öz çıxışlarında, xarici jurnalistlərə müsahibələrində dönə-dönə vurğulayıb. Bu il fevralın 2-də Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda da bu mövzuya ətraflı toxunulub.

Prezident bir daha qeyd edib ki, o torpaqlarda böyük ekoloji fəsadlar baş verib. Ermənilər təbiətimizə şüurlu şəkildə qəsd ediblər. Tərtər çayının suyunu kəsməklə yanaşı, digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatlarının axıntılarını birbaşa Oxçuçaya, Bəsitçaya, Araz çayına yönəldərək əsl ekoloji fəlakət törədiblər. Təəssüf ki, bəzi aparıcı Avropa şirkətləri də onlarla həmrəy olaraq bu cinayətlərdə iştirak ediblər. Prezident sözügedən forumda bu barədə belə deyib: “Biz indi hüquqi prosedurlara başlamışıq. Qanunsuz istismar edilən bizim qızıl yataqlarımız təkcə sərvətimizin talanması deyil, eyni zamanda o hasilatın nəticəsində yaranan ziyanlı, zəhərli maddələrin düzgün utilizasiya olunmaması, hasilat üçün istifadə edilən reagentlər, o zəhərlər hamısı bizim təbiətimizə böyük ziyan vurdu. Oxçuçayın o görüntüləri var, sapsarıdır. Kim bunu edib? Ermənilər!”

Eyni zamanda meşə fondumuz məhv edilib. 1988-ci ilin statistikasına görə, azad edilmiş ərazilərdə meşə fondu 230 min hektar olub. Müharibədən sonraAzerskypeykimizin əldə etdiyi görüntülər isə tamamilə başqa mənzərədən xəbər verir. Ermənilər tərəfindən 55 min hektar meşə fondunun qırıldığı, kəsildiyi, satıldığı məlum olur. Prezident Ilham Əliyev bunların və erməni faşistlərinin təbiətə qarşı digər vəhşiliklərinin cinayət olduğunu bir daha vurğulayaraq deyib: “Bizim təbii sərvətlərimizi qanunsuz istismar edən xarici şirkətlərə qarşı hüquqi prosedurlara start vermişik. Onların bir çoxu əslən ermənilərdir. Onlara qarşı artıq vəkillər də tutulubindi görəcəklər onları nələr gözləyir. Biz onların yaxasını buraxmayacağıq”.

 

Əlbəttə, bununla paralel şəkildə genişmiqyaslı ekoloji bərpa tədbirləri də görülür. Düşmənin Qarabağın və Şərqi Zəngəzurun təbiətinə vurduğu yaraları tezliklə sağaldacağıq!

 

Bu əminliyi yaradan həm də indiyədək ölkəmizdə ekologiya sahəsində həyata keçirilmiş tədbirlərdir. Təcrübə məhz belə deməyə əsas verir. Çünki Azərbaycanda, ümumiyyətlə, azad edilmiş torpaqları nəzərə almasaq, ən çətin vəziyyət Bakıda, Sumqayıtda və Abşeron yarımadasında yaranmışdı. Bu da neftin və qazın uzunmüddətli hasilatı, həmçinin Sumqayıtdakı kimya sənaye müəssisələrinin fəaliyyəti ilə bağlı idi. Görülən böyük işləri Prezident İlham Əliyev belə xatırladır: “Mən bu işin təşkilatçısı kimi hər bir layihəni yaxşı xatırlayıram. Bakının ekoloji vəziyyəti çox ağır idi, havanın çirklənməsi çox yüksək idi. 20 il bundan əvvəl və bu gün böyük fərq var. Görün Bakıda biz hansı böyük işlərə, onların icrasına nail olduq. Birinci, bu Bibiheybət buxtası. Bu, bir ekoloji fəlakət zonası idi. Şəhərin mərkəzində bütün neft gölməçələri artıq buxarlanırdı. Bu zəhərli hava ekoloji vəziyyətimizə böyük ziyan vururduo mənzərə də çox acınacaqlı idi. Hətta Ceyms Bond filmlərinin biri də, bax burada çəkilmişdi. O filmdə həmin o Bibiheybət buxtası göstərilir. Həqiqətən, ekoloji fəlakət zonası idi. Amma mən bu məsələni qaldıranda bəziləri deyirdilər ki, bu mümkün deyil, bu, əbədi belə qalmalıdır, bunu saflaşdırmaq mümkün deyil. Amma göründü ki, mümkündür. Bu gün baxın, bu, şəhərin ən gözəl yerlərindən biridir, istirahət zonasıdır, böyük parkdır. Bulvar salmışıq, Su İdman Sarayı, muzeylər, ictimai obyektlər şəhər sakinləri üçün çox gözəl rekreasiya zonasına çevrilib”.

 

İndiQara şəhər” də artıq şəhərə çevrilib. Gələcək nəsillər bəlkə də heç bilməyəcək ki, Bakıda “Qara şəhər” adlı bir yer olub. Tüstülü, mazutluQara şəhər” “ şəhər”ə çevrilməyə başlayanda da bir çoxları şübhə ilə yanaşırdı ki, bu mümkün deyil. Amma bu gün dünya miqyasında şəhərsalma nöqteyi-nəzərindən bəlkə də ən uğurlu layihələrdən biri şəhərdir. O çirklənmiş yerlərdən əsər-əlamət qalmayıb. Keçən ilin son günlərində burada bərpa edilmişNizami” parkı da yenidən açılıb.

 

Daha bir təhlükəli yer Balaxanı zibilxanası idi. Zibilxana daim yanır, tüstü buraxırdı sanki şəhəri böyük bir bulud bürüyürdü. Yaxından keçmək mümkün deyildi, sanki boğulacaqdın. Ora da təmizləndi, yerində böyük zibilyandırma zavodu tikildi, poliqon inşa edildi. Daha sonra orada Olimpiya Stadionu istifadəyə verildi, böyük bir park salındı. Yaxınlıqdakı Böyükşor gölü təmizləndi. Bir sözlə, bu tədbirlər davamlıdır Bakı şəhərini faktiki olaraq təbii fəlakətdən qorudu.

 

Sumqayıt isə sovet dönəmində ekoloji cəhətdən ən çirklənmiş şəhər hesab olunurdu. O vaxt Sumqayıtdan şimal istiqamətinə gedən maşınların sərnişinləri havadan zəhərli iy gəldiyi üçün şüşələri bağlayırdılar. İndi Sumqayıt həm öz sənaye potensialını qoruyub, həm ekoloji cəhətdən təmiz şəhərdir.

 

Ekologiya daim diqqətdə olan məsələdir bu baxımdan Qarabağın Şərqi Zəngəzurun düşmən tərəfindən zərbə almış ətraf mühitinin bərpası da böyük önəm kəsb edir. Prezidentimiz sözügedən tədbirdə bildirib ki, Azərbaycanda bu sahədə gənclər, o cümlədən könüllülər çox fəaldır: “İndi vaxtaşırı ağacəkmə aksiyaları, çimərlikləri o tullantılardan təmizləmə aksiyaları televiziyada da göstərilir. Mən bunları alqışlayıram əminəm ki, azad edilmiş torpaqlarda da gənclər ekoloji tarazlığı bərpa etmək üçün fəal olacaqlar”.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 8 fevral.- S.4.