Müşahidə Şurasının növbəti iclası

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə Agentliyin növbəti qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi, Qrant müsabiqəsi üçün təqdim edilən layihə sənədlərinin - ərizə, layihə təklifi, xərclər smetası və fəaliyyət planının təsdiqi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmasına dair Təlimatın təsdiq edilməsi, Rəy Komissiyasının dövlət orqanları tərəfindən daxil olan məlumatlar əsasında təqdim etdiyi müraciəti, Agentliyin icraçı direktorunun təqdimatı və cari məsələlər daxil edilib.

İclasda gündəlikdə yer alan məsələlərlə bağlı qərarlar qəbul olunubcari məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2022.- 17 fevral.-  S.2.