Unutsaq - xəyanət etmiş olarıq!
“Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”.
İlham ƏLİYEV
Nəhayət!!!
Düz 27 ildən sonra ikinci dəfə dünyanın ən alçaq, ən hiyləgər, ən qorxaq, ən rəzil və faşist xislətli düşməni ilə qabaq-qarşı vuruşduq!
Bu dəfə murdar erməni heç kəsin arxasında gizlənə bilmədi!
Aldığı gizli dəstək və kömək də karına gəlmədi!
44 gün ərzində Ermənistan
ordusu məhv edildi!
Düşmənin beli sındırıldı, qarşımızda
diz çökdürüldü!
Qaçıb gizlənməyə
yer tapmadı, gizləndiyi dəlmə-deşikdə
isə dəqiq mərmi və raket atəşləri ilə yoğrularaq torpağa qarışdırıldı!
44 gün ərzində Ermənistan
ordusunu pərən-pərən
salaraq qorxaqlar dəstəsinə, fərarilər
yığnağına çevirdik!
Sinəsi dəmir-dümürlə
dolu generallar, zabitlər tabeliklərində
olan əsgərlərini,
döyüş mövqelərini,
silah-sursatlarını ataraq
İrəvana qədər
qorxaqcasına qaçdılar!
Sonra hamilərinə
və müdafiəçilərinə
yalvararaq bizdən aman dilədilər!
Əlimizə-ayağımıza düşərək
hərbi əməliyyatların
dayandırılması üçün
ağlayıb-sızladılar, neçə-neçə daban
yaladılar!
Lap axırda qaranlıq bir yerə girərək kapitulyasiya aktına qol çəkdilər!
Çünki II Qarabağ
müharibəsində artıq
qarşılarında bambaşqa,
yeni bir ordu görmüşdülər!
* Bu orduya Müzəffər Ali Baş
Komandan, “dəmir yumruğ”u ilə düşmənin başını
əzib, belini qıran İlham Əliyev rəhbərlik edirdi!
* XXI əsrin qüdrətli ordusunu yaradan, onu ən
müasir silahlarla, ən yeni strategiya
və taktika ilə təmin edən Müzəffər
Ali Baş Komandan İlham Əliyev!
* Düşmənin
30 ildə havadarlarının
köməyi ilə yaratdığı altıqat
müdafiə xəttini,
“keçilməz” səngərlərini,
beton bunkerlərini uğurlu taktikası və ağıllı manevrləri ilə heçə çıxaran
Müzəffər Ali Baş
Komandan İlham Əliyev!
* 44 gün ərzində “böyük
Ermənistan”, “məğlubedilməz
ordu”, “qalib xalq” xülyasını sabun köpüyü kimi partladaraq puça çıxaran Müzəffər Ali Baş
Komandan İlham Əliyev!
Bəli, otuz ildən sonra həsrətini çəkdiyimiz,
bir dəqiqə belə unutmadığımız
vətənə, doğma
yurd-yuvaya qayıtdıq!
ANCAQ...
Elə bil bu ərazilərdə 18 ballıq zəlzələ
baş vermişdi!
Bütün yaşayış
məntəqələri, binalar
darmadağın edilmiş,
daş-torpaq yığnağına
çevrilmişdi!
Təbii ki, 18 ballıq zəlzələ
olmur və belə bir təbii
fəlakət baş versəydi, bunu tək biz yox, bütün dünya bilərdi!
Sanki Qarabağ ərazisindən vəhşi
qəbilələr keçmişdi!
Heç onlar da bu qədər
vəhşilik və barbarlıq edə bilməzdilər!
Əslində, bu torpaqlara erməni faşizminin murdar nəfəsi dəymişdi!
Yalnız erməni
xisləti belə qəddarlığa, amansızlığa,
qeyri-insani hərəkətlərə
qadirdir!
Düşmən murdar xislətinə xas olanların hamısını
edib!
Avropalılar bu mənzərələri öz
yanaşmaları ilə
dəqiq qiymətləndirdilər!
Erməninin bir dənə də salamat tikili qoymadığı Ağdamı
“Qafqazın Xirosiması”,
“ruhlar şəhəri”
adlandırdılar!
Bəli, bütün
dünyanın lənətlə
andığı növbəti
Xirosimanı Qarabağda
erməni faşizmi törətmişdir!
Artıq dünya
Qarabağda törədilən
XXI əsrin qəbilə
vandallığından xəbərdardır!
Təkcə Azərbaycan
xalqı deyil, dünyanın bütün
ölkələrində yaşayanlar
da tarixin görünməyən vəhşiliklərini
öz gözləri ilə görüblər:
* dünyaya
yayımlanan Azərbaycan
telekanalları vasitəsilə;
* dünyanın
əksər ölkələrindən
Qarabağa gələrək
bu faciədən çəkilişlər aparmış
KİV vasitəsilə;
* beynəlxalq
miqyasda tanınmış
QHT təmsilçilərinin və bloqçuların Qarabağa səfərdən
sonra öz ölkələrinin telekanallarında
və internetdə yaydıqları süjetlər
vasitəsilə;
* bu
vəhşilikdən sarsılmış
insanların mobil telefonlarına çəkərək
sosial şəbəkələrdə
yerləşdirilmiş həvəskar
çəkilişləri vasitəsilə;
* ən
nəhayət, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Qarabağa çoxsaylı
səfər edərkən
müraciət, açıqlama
və müsahibələrini
müşayiət edən
operator çəkilişləri vasitəsilə!
Daha erməni dəvə kimi başını kolluğa
soxaraq özünü
“qədim”, “mədəni”,
“zavallı” toplum kimi təqdim edə bilmir!
Çünki otuz ildə işğal etdiyi özgə torpaqlarındakı vəhşiliklər
göz önündədir!
***
Artıq biz öz
Qarabağımıza qayıtmışıq!
Artıq biz otuz ildən sonra da olsa, öz
torpağımıza sahib çıxmışıq!
Artıq biz öz Vətənimizdəyik
və hər zaman, hər an ucadan qürurla, var səsimizlə “Qarabağ Azərbaycandır!” - deyə hayqırırıq!
Bu xarabalıqlar da bizə çox
doğma, çox əzizdir!
Əvvəla, Vətənimizdir!
İkincisi isə,
onu böyük qurbanlar hesabına, hər biri bizim
üçün müqəddəs
və əziz olan şəhidlərimizin
qanı bahasına qaytarmışıq!
Doğrudur, şəhid
balalarımızın qisasını
artıqlaması ilə
almışıq!
Doğrudur, ermənini
rəzil, şərəfsiz
günə salmışıq!
Doğrudur, 44 günlük
Vətən müharibəsindən
sonra nə erməni ordusu qalıb, nə müstəqil Ermənistan
dövləti var, nə də yaxın müddətdə
onun böhrandan, dilənçi vəziyyətindən,
siyasi xaosdan, miqrant axınından qurtarmaq imkanı!
Cavabımız ağır,
zərbəmiz güclü,
nəticə isə heç kəsin - nə Ermənistanın havadarlarının, nə
dünya erməniliyinin,
nə də “böyük Ermənistan” xülyasından ağlını
itirən erməni vətəndaşlarının ağıllarına belə
gətirə bilməyəcəkləri
həcmdə və qüdrətdə olub!
“Dəmir yumruq” isə yenə hər an ağılsız başları
əzməyə hazır
vəziyyətdədir!
***
Tale bizi zorla ermənilərə qonşu edib!
Biz heç hara gedəsi deyilik, yenicə doğma yurd-yuvaya qayıtmışıq!
Ermənini isə baş götürüb qaçmağa qoymurlar!
Faşist xislətli,
murdar niyyətli, revanşist düşüncəli
düşmənlə qonşu
olduğumuzu bir an belə unutmağa
haqqımız yoxdur!
* Daim güclü olmalıyıq!
* Daim qüdrətli orduya sahib olmalıyıq!
* Daim hər bir təxribat
əməlinə hazır
olmalıyıq!
* Daim erməni qudurğanlığının
payını artıqlaması
ilə verməyi bacarmalıyıq!
Ən əsası
isə, bu vəhşilikləri, bu qəddarlıqları, bu dağıntıları, bu
xarabalıqları unutmamalıyıq!
* Bunu bizə Prezidentimiz deyir!
* Bunu bizə tariximiz deyir!
* Bunu bizə real vəziyyət
və mövcud şərait diktə edir!
İndiyədək olanları
unutmağa mənəvi
haqqımız yoxdur!
* Unutsaq - özümüzə xəyanət
etmiş olarıq!
* Unutsaq - millətimizə xəyanət
etmiş olarıq!
* Unutsaq - xalqımıza xəyanət
etmiş olarıq!
* Unutsaq - torpaq uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs
ruhuna xəyanət etmiş olarıq!
Xocalıda soyqırımına
uğradılan qocaların,
qadınların, uşaqların
ruhuna xəyanət etmiş olarıq!
Yalnız azərbaycanlı
olduğuna görə,
Qarabağda yaşadığına
görə erməni vandalları tərəfindən
vəhşicəsinə qətlə
yetirilən iyirmi beş mindən
çox vətəndaşımızın
ruhuna xəyanət etmiş olarıq!
Alçaq ermənilər
tərəfindən öldürülən
yüzlərlə azərbaycanlının
- ləzginin, talışın,
rusun, yəhudinin, tatın, ingiloyun, avarın - bir sözlə, Azərbaycanı
özünə doğma
vətən bilən və onun uğrunda
canından keçən
oğullarımızın ruhuna
xəyanət etmiş
olarıq!
Bəli, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə
torpaqlarımızı geri
qaytardıq, alçaq
düşməndən bütün
qisaslarımızı aldıq!
Onları “Bayraqdar”larla
məhv edərək müqəddəs torpaqlarımızdan
it kimi qovduq!
Tam əminik ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə doğma Qarabağımızı cənnətə
çevirəcəyik!
Cümlə Qarabağ
əvvəlkindən də
gözəl, varlı
və qüdrətli olacaqdır!
* Amma indiki xarabalıqları, yerləyeksan edilmiş kənd, şəhər və qəsəbələri
unutmamalıyıq!
* Dağıdılmış,
təhqir edilmiş, donuz, qaramal saxlanmış məscidlərimizi
heç zaman yaddan çıxarmamalıyıq!
* Yandırılmış
məktəbləri və
uşaq bağçalarını,
talan edilmiş mal-mülkləri, qarət olunmuş muzeyləri, mədəniyyət ocaqlarını
unutmamalıyıq!
* Məhv edilmiş nadir meşələrimizi,
kəsilmiş meyvə
bağlarımızı, yağmalanıb
daşınmış yeraltı
və yerüstü sərvətlərimizi unutmamalıyıq!
* Dağıdılmış
asfalt yollarını,
sökülüb satılmış
dəmir yolu xətlərini, partladılmış
körpüləri, sıradan
çıxarılmış elektrik, su xətlərini,
kəhrizləri, artezian
quyularını, zəhərlənərək
suları çirkləndirilmiş
çaylarımızı, göllərimizi, balıqları
unutmamalıyıq!
* Başdaşıları
oğurlanaraq kimlərəsə
satılmış, dəmir
cağları oğurlanıb
aparılmış, qızıl
dişlərinə görə
gor evini eşərək qəbirləri
tar-mar olunmuş qəbiristanlıqları
unutmamalıyıq!
Bunu bizdən Vətən tələb edir!
Bunu bizdən müqəddəs şəhid
ruhları tələb
edir!
Bunu bizdən qəhrəman qazilərimiz
tələb edir!
Bunu bizdən başı bəlalar çəkmiş yaralı
Vətən torpağı
tələb edir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2022.- 17 fevral.- S.1; 3.