Ötən il texnoparklarda 2,4 milyard manatlıq məhsul istehsal olunub

 

 

Həmin məhsulların bir hissəsi “Made in Azerbaijan” brendi ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib

 

 

Məlumdur ki, dayanıqlı inkişaf istehsalyönümlü sənayenin miqyasından asılıdır. Buna görə hər bir ölkədə sənaye istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Azərbaycanda bu sahədə üstün mövqe neft sənayesinə məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya üzrə sabit olmadığı üçün bu dəyişkənlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən mənfi təsir göstərir.

Bu səbəbdən ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çıxarıldı, sahədə iqtisadi islahatların aparılmasına start verildi. Bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı ildən-ilə artmaqda davam edir.

Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək məqsədilə 2015-2020-ci illəri əhatə edənAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən, sənaye potensialının gücləndirilməsi, sahədə rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyənləşdirilmişdir.

Sənayeləşmədə ölkədə yaradılan texnoparkların əhəmiyyəti böyükdür. Çünki onlar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. Buna elmin son nailiyyətlərindən müasir texnologiyalardan istifadə etməklə nail olunur. Bakıda, eləcə bölgələrdə texnoparkların sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Məqsəd yerli xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərməkdir.

Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə ilk dəfə Sumqayıtda Kimya Sənaye Parkı yaradıldı. Məqsəd ölkədə innovativ yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul buraxmaq, onu dünya bazarına çıxarmaq, qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq, həmçinin əhalinin məşğulluğunu təmin etmək idi. Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi digər sənaye sahələri üzrə müəssisələrin - parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılmışdır proses davam edir. Hazırda bu müəssisələrdə istehsal edilən məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da ixrac olunur. Bu da onu göstərir ki, yüksək texnika texnologiyalardan istifadə olunduğu üçün texnoparklarda rəqabətqabiliyyətli məhsul istehsalına geniş imkan yaranıb.

Qeyd edək ki, bu, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması hesabına mümkün olmuşdur. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların qurğuların idxalı zamanı ƏDV-dən 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Ötən il sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib. Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb. Sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənməsində əlverişli mexanizmdir.

İndiyədək sənaye zonalarında ümumilikdə 5,8 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun da 1,7 milyard manatlıq hissəsi ixrac olunub. 2020-ci ildə sənaye zonalarında 1,27 milyard manatlıq məhsul istehsal edilmişdisə, keçən il 2,4 milyard manat dəyərində məhsul istehsal olunub. Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2,7 dəfə artaraq qeyri-neft sənayesi məhsullarının ixracındakı payını 30,8 faizə çatdırmışdır.

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib. Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidentiTabaterra” QSC ilk məhsul ixracını həyata keçirib. Belə ki, müəssisədə istehsal olunanPallMallbrendli siqaretlərin Gürcüstana ixracına başlanılıb.

Qeyd edək ki, “Tabaterra” QSC 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb müəssisədə Böyük Britaniya, Almaniya İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən üç növdə 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdamda Cəbrayıl rayonunun Soltanlı kəndində texnoparklar yaradılır. Bu texnoparkların fəaliyyəti işğaldan azad olunan ərazilərin potensialından daha yüksək səviyyədə istifadə etmək imkanı yaradacaq. Bununla yanaşı, doğma yerlərə dönəcək soydaşlarımızın məşğulluğu da təmin ediləcək. Beləliklə, bu texnoparklar bölgənin həm iqtisadi inkişafını təmin edəcək, həm sosial məsələlərin həllinə dəstəyini göstərəcək.

Tikilməkdə olan Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, artıq 2 sahibkara sənaye parkının rezidenti statusu verilib. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində bununla bağlı keçirilən tədbirdə sahibkarlara Sənaye Parkının rezidentinin qeydiyyat şəhadətnaməsi təqdim olunub.

Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaqDadaş-N” MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək, investisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidentiVeliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səkidivar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı planlaşdırılır. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvadratmetr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi yeri yaradılacaq, burada Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək. Müəssisədə istehsal olunan məhsullar ilkin olaraq daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili nəzərdə tutulur.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 8 fevral.- S.7.