“Qarabağ” sədaları Fransada
Ağdam
klubu bu axşam “Marsel”lə tarixi
oyuna çıxacaq
UEFA Konfrans Liqası
Pley-off, ilk oyun,
18 fevral, saat 00:00
“Marsel”(Fransa) - “Qarabağ”
(Azərbaycan)
Baş hakim: Nikola Dabanoviç
(Monteneqro)
Marsel, Velodrom
Stadionu
Bu gün
dünya futbolsevərlərinin
diqqəti Fransaya yönələcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin
ilk qarşılaşmasında Ağdamın “Qarabağ” klubu səfərdə “Marsel”in qonağı olacaq.
Tribunalarda anşlaq olacaq, ekran qarşısında milyonların qəlbi “Qarabağ”la döyünəcək.
Matç öncəsi Marsel şəhərində təhlükəsizlik
tədbirləri gücləndiriləcək. Ola biləcək hər hansı insidentlərin qarşısını almaq
üçün Azərbaycan
təmsilçisinin azarkeşləri
üçün fəaliyyət
göstərəcək xüsusi
bilet satışı
məntəqəsi ciddi
mühafizə olunacaq.
Matçın keçiriləcəyi “Velodrom” stadionunda yerli və qonaq
komandanın fanatları
arasında boş tribunalar saxlanılacaq ki, bu da
“bufer zona” yaratmaq məqsədi daşıyır. Stadionun üzərində
dron uçuşuna və fanatların priotexniki vasitələrdən
istifadəsinə icazə
verilməyəcək.
Təhlükəsizlik idarəsinin və bir neçə polis bölməsinin əməkdaşları
stadionun ətrafında,
daxilində, ictimai nəqliyyatda və şəhərin mərkəzində
yerləşdiriləcək. Bu addım hər hansı qanunsuz kütləvi toplaşmaların
qarşısını almaq
və problem yaranarsa, dərhal müdaxilə etmək məqsədilə
atılıb. Pilotsuz uçuş
aparatları ilə ümumi vəziyyətə
nəzarət olunacaq.
İndi isə keçək qarşılaşmada “Qarabağ”ı
nələr gözləyə
bilər məqamının
təhlilinə. Ağdam təmsilçisini çox
çətin səfər
matçı gözləyir.
Çox
güman ki, 4-5-1 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən
Ağdam klubu müdafiənin arxasına
atılan toplarda və standart vəziyyətlərdə çox
diqqətli olmalıdır.
Xüsusilə Fransa təmsilçisində
cinahlarda oynayan futbolçuların çox
sürətli keçidləri
fonunda komandamız müdafiə xəttində
daha diqqətli olmalıdır. “Qarabağ”da sağ və sol cinah müdafiəçilər rəqibin
hücumları zamanı
mərkəzə doğru
çəkilərək boş
zona buraxmamalıdır.
Fransa çempionatında
2-ci pillədə qərarlaşan
və futbolçularının
ümumi dəyəri
250 milyon avrodan çox olan “Marsel” doğma meydan amilini də nəzərə alaraq ilk yarım saat ərzində oyunu meydançanın “Qarabağ”a aid hissəsində keçirərək
daha erkən qol vurmağa çalışacaq ki, qarşılaşmaya nəzarəti
tam ələ almaq imkanı yaransın. Bunun qarşısını almaq
üçün isə
mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı,
ötürmələrdə daha sürətli olmaq lazımdır.
Belə qənaətə gəlmək
olar ki, ilk dəqiqələrdə Ağdam
təmsilçisi topu
meydan sahiblərinə
verərək daha çox qaçmağa çalışacaq. Daha yüksək fiziki
hazırlığın tələb
olunduğu oyun planı fonunda komandamız rəqibə boş zona yaratmamağa
çalışmalıdır. Bu oyun planı
işə düşərsə,
komandamız rəqibə
qarşı üstünlük
əldə edə bilər. Abdulla Zubirin tez-tez cinahları dəyişməsi İbrahima
Vadjinin topsuz oyunlarda rəqib müdafiəçiləri üzərinə
çəkməsi “Marsel”in
arxa xəttində balansın pozulmasına səbəb yaradar.
Müdafiənin mərkəzində daha sayıq görünən
Fransa klubu cinahlarda heç də uğurlu deyil. Çünki matçın müəyyən
hissələrində bəzən
sağ və ya sol cinah müdafiəçiləri
hücuma qoşularkən
itirilən toplardan sonra geriyə qayıtmaqda ciddi problem yaşayırlar. Belə ki,
hücumda çoxalarkən,
müdafiə olunmaqda
say baxımından geri
qalan “Marsel”i komandamız səbirli, həyəcana yol vermədən oynayaraq istədiyi nəticəni qazana bilər.
Necə deyərlər, inanmaq uğurun yarısıdır. Səfərdə alınacaq sərfəli nəticə bir həftə sonra Bakıda növbəti tarixi nəticəyə imza atmaq üçün çox gözəl imkan yaradar. Niyə də yox?!
Vurduğun qol olsun, “Qarabağ”!
Elçin CƏFƏROV
Azərbaycan.-
2022.-17 fevral.- S.8.