Azərbaycan BMT-nin çox fəal üzvüdür
Fevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka
Andreyeva ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
kimi fəaliyyətinin
qarşılıqlı əməkdaşlığın
möhkəmlənməsinə töhfə verəcəyinə
inandığını ifadə
edib, qonağa bu sahədə uğurlar arzulayıb.
Azərbaycanın nüfuzlu
beynəlxalq təşkilatlarla
əlaqələrin inkişafına
önəm verdiyini diqqətə çatdıran
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu il
ölkəmizin BMT-yə
üzv olmasının
30 illiyi tamam olacaq. BMT-nin
çox fəal üzvü olan Azərbaycan həmişə
təşkilatın müxtəlif
fəaliyyət sahələrini
əhatə edən qurumları ilə müsbət əməkdaşlıq
əlaqələri qurub.
Azərbaycanın 155 üzv dövlətin
dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasına
2012-2013-cü illər ərzində
qeyri-daimi üzv seçilməsi ölkəmizin
beynəlxalq nüfuzunu
nümayiş etdirir.
Milli Məclisin sədri vurğulayıb ki, bu gün Azərbaycan
Qoşulmama Hərəkatının
sədri kimi həm də BMT-nin təşəbbüslərini
dəstəkləyir və
qlobal narahatlıq doğuran məsələlər
üzrə görülən
işlərə öz
töhfəsini verir. 2020-ci ilin
dekabrında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının
Sədri kimi irəli sürdüyü
təklif əsasında
dövlət və hökumət başçıları
səviyyəsində koronavirus
(COVID-19) pandemiyası ilə
mübarizə üzrə
BMT Baş Assambleyasının
31-ci xüsusi sessiyasının
çağrıldığını xatırladan S.Qafarova bu tədbirin əhəmiyyətini qeyd edib: “Qoşulmama Hərəkatının Sədri
qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə
2021-ci il martın 23-də
BMT İnsan Hüquqları
Şurasının 46-cı Sessiyası çərçivəsində
və 2021-ci il dekabrın 16-da Baş Assambleyanın 76-cı Sessiyası
çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19
əleyhinə peyvəndlərə
bərabər, məqbul
qiymətə, vaxtında
və universal əlçatanlığın
təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə
malikdir”.
Azərbaycanın 44 günlük
Vətən müharibəsi
və torpaqlarımızın
işğaldan azad edilməsi barədə məlumat verən Sahibə Qafarova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun
şücaəti sayəsində
ərazilərimiz Ermənistanın
30 illik işğalından
azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin
icrasını öz gücü ilə həyata keçirib.
Üçtərəfli bəyanatla münaqişəyə
son qoyulduğunu diqqətə
çatdıran Milli Məclisin sədri hazırda Cənubi Qafqaz regionunda yeni reallıq yarandığını, işğaldan
azad olunmuş ərazilərdə bərpa
və quruculuq işlərinin aparıldığını
qeyd edib. Bildirilib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində
bütün şəhərlərimiz,
kəndlərimiz, maddi-mədəni,
dini obyektlər tamamilə dağıdılıb.
Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal dövründə
UNESCO bu ərazilərdə
qiymətləndirmə aparılmayıb.
Səmimi görüş üçün
təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka
Andreyeva Azərbaycanın
BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə
edib. Diqqətə çatdırıb ki, Azərbaycan BMT üçün mühüm
məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır.
BMT-nin nümayəndəsi yaxın
vaxtlarda Azərbaycanın
işğaldan azad olunmuş ərazilərinə
səfər edəcəklərini
və orada qiymətləndirmə missiyası
həyata keçirəcəklərini
diqqətə çatdırıb. O, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərin
bərpası barədə
planlarının, xüsusilə
də ağıllı
şəhər, ağıllı
kənd layihələrinin
onda böyük təəssürat yaratdığını
qeyd edib.
Dayanıqlı inkişaf məqsədlərindən
danışan qonaq bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının
bərpasında mühüm
rol oynadığını
diqqətə çatdırıb,
ərazilərin minalardan
təmizlənməsi, infrastrukturun
bərpası və insanların geri qayıdışının təmin
edilməsi barədə
fikirlərini bölüşüb.
Vladanka Andeyeva BMT və Azərbaycan arasında münasibətlərin bundan
sonra da inkişaf edəcəyinə
əminliyini bildirib və bunun üçün
bütün səylərini
səfərbər edəcəyini
vurğulayıb.
Söhbət zamanı tərəfləri
maraqlandıran digər
məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Aydan XƏLİLOVA
Azərbaycan.- 2022.- 18 fevral.- S.2.