Yüksək qlobal nüfuzun
təcəssümü
NATOBaş katibininvə PolşaPrezidentininİlhamƏliyevə
telefonzənglərihəmdə Azərbaycanıngüclü
beynəlxalqmövqeyindənxəbərverir
NATO-nun Baş katibi Yens Stoltenberqin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmələri bu həftənin əsas siyasi hadisələri sırasında yer aldı. Bu zənglər, ilk növbədə, Azərbaycan Prezidentinin qlobal miqyasda olan yüksək siyasi nüfuzunun və respublikamızın beynəlxalq məsələlərdəki güclü mövqeyinin təsdiqi oldu.
Millimaraqları təminedənsiyasikurs
Prezident İlham Əliyevin xarici siyasətdə siyasi-diplomatik uğurlarından biri dünyanın bütün siyasi-hərbi qütbləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələrinin olmasıdır. Təsadüfi deyil ki, bütün siyasi mərkəzlərdə İlham Əliyev dünya səviyyəli siyasi lider kimi qəbul edilir və buna görə respublikamızla əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilir.
Xatırladaq ki, ötən ilin dekabrında Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti əsasında onunla keçirdiyi görüş bunu növbəti dəfə təsdiq edən mühüm hadisə idi. Bu görüşdə NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli tərəfdaşı olduğunu qeyd etmiş, Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun missiyalarındakı xidmətini yüksək qiymətləndirmişdi. “Bu, NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir. Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahəni, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir”, - deyə Yens Stoltenberq Prezident İlham Əliyevlə keçirilən görüşü dəyərləndirərkən bildirmişdi.
NATO-nun mənzil-qərargahında keçirilən görüş bir daha Azərbaycanın həyata keçirdiyi siyasətin məzmununu ortaya qoymuşdu. Bu məzmun isə rəsmi Bakının siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu nümayiş etdirmişdi. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi NATO-nun Şimali Atlantika Şurasının iclasında NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunmuşdu.
Dünyanın yüksək ehtiram
göstərdiyi lider
Prezident İlham Əliyevlə telefon söhbəti zamanı Baş katib Yens Stoltenberq ötən ilin dekabrında NATO-ya səfərinə və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə dövlətimizin başçısına təşəkkürünü ifadə edib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyətinə, dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsi Azərbaycandan təbii qaz alır və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi üçün böyük imkanlar var.
Polşa Prezidenti Andjey Duda isə telefon söhbəti zamanı 2019-cu ildə Azərbaycana rəsmi səfərini məmnunluqla xatırladıb. Prezidentlər Azərbaycanla Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıblar. Andjey Duda ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxunub və ATƏT çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət edəcəyini vurğulayıb.
NATO-nun Baş katibi Yens Stoltenberqin, həm də Polşa Prezidenti Andjey Dudanın telefon zəngləri zamanı Ukrayna ətrafında cərəyan edən hadisələrə dair də fikir mübadiləsi aparılıb. Bu da təsadüfi deyildi. Çünki Azərbaycan dövləti uzun illərdir dünyada sülhün təmin olunmasında fəal iştirak edir. Respublikamız səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Prezident İlham Əliyev regional münaqişələrin, siyasi gərginliklərin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir.
Bu baxımdan NATO-nun Baş katibinin və Polşa Prezidentinin İlham Əliyevə zəngləri Azərbaycan Prezidentinin öz nüfuzu ilə siyasi-hərbi gərginliklərin aradan qaldırılmasına verə biləcəyi böyük töhfələrdən irəli gəlir. NATO-nun və Avropa İttifaqının üzvü olan dövlətlər bu məsələdə Prezident İlham Əliyevin rolunu və mövqeyini anlayır və dəyərləndirirlər.
Azərbaycan regionun lider dövləti, qlobal miqyasda söz sahibidir. Bu yolda hər cür aşırımlardan inamla
keçən, qarşıya
çıxan maneələri
uğurla dəf edən respublikamız öz siyasətinin prioritetlərini, milli maraqlarını qətiyyətlə
və inamla reallaşdırır. 2020-ci
ilin Vətən müharibəsi bunun bariz nümunəsidir.
Azərbaycanın yürütdüyü
siyasət həm
region, həm də beynəlxalq səviyyədə
pozitiv geosiyasi prosesləri stimullaşdırır.
Eyni zamanda Azərbaycan öz siyasəti ilə sülh, əməkdaşlıq və
inteqrasiya istiqamətində
dünyaya öz töhfələrini verir.
Həm NATO-nun Baş
katibinin, həm də Polşa Prezidentinin telefon zəngləri göstərir
ki, respublikamızın
yürütdüyü müstəqil
siyasət dünyanın
güc mərkəzləri,
Avropa İttifaqının
üzvü olan dövlətlər tərəfindən
hörmətlə qarşılanır.
Bu siyasəti reallaşdıran Prezident İlham Əliyev isə bütün siyasi mərkəzlər tərəfindən yüksək
ehtiramla qəbul edilən liderdir.
Rəşad CƏFƏRLİ,Yüksək qlobal nüfuzun təcəssümü
NATOBaş katibininvə
PolşaPrezidentininİlhamƏliyevə telefonzənglərihəmdə Azərbaycanıngüclü beynəlxalqmövqeyindənxəbərverir
NATO-nun Baş
katibi Yens Stoltenberqin və Polşa Respublikasının Prezidenti
Andjey Dudanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmələri bu həftənin əsas siyasi hadisələri sırasında
yer aldı. Bu zənglər, ilk növbədə,
Azərbaycan Prezidentinin
qlobal miqyasda olan yüksək siyasi nüfuzunun və respublikamızın
beynəlxalq məsələlərdəki
güclü mövqeyinin
təsdiqi oldu.
Millimaraqları təminedənsiyasikurs
Prezident İlham
Əliyevin xarici siyasətdə siyasi-diplomatik
uğurlarından biri dünyanın
bütün siyasi-hərbi
qütbləri, nüfuzlu
beynəlxalq təşkilatları,
aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə qarşılıqlı
hörmətə və
etimada əsaslanan əlaqələrinin olmasıdır.
Təsadüfi deyil ki, bütün siyasi mərkəzlərdə İlham
Əliyev dünya səviyyəli siyasi lider kimi qəbul
edilir və buna görə respublikamızla əməkdaşlıq
əlaqələri yüksək
qiymətləndirilir.
Xatırladaq ki, ötən ilin dekabrında Prezident İlham Əliyevin
Brüsseldə NATO-nun Baş
katibi Yens Stoltenberqin dəvəti əsasında
onunla keçirdiyi görüş bunu növbəti dəfə təsdiq edən mühüm hadisə idi. Bu görüşdə
NATO-nun Baş katibi Azərbaycanın Alyansın
dəyərli tərəfdaşı
olduğunu qeyd etmiş, Azərbaycan Silahlı Qüvvələrinin
NATO-nun missiyalarındakı xidmətini yüksək qiymətləndirmişdi. “Bu,
NATO-nun Azərbaycanla tərəfdaşlığında
dialoqun və qarşılıqlı anlaşmanın
önəmini göstərir.
Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub.
Bu gün əməkdaşlıq
bir çox sahəni, bacarıqların
inkişafından tutmuş
enerji təhlükəsizliyinə
qədər olan sahələri əhatə
edir”, - deyə Yens Stoltenberq Prezident İlham Əliyevlə keçirilən görüşü
dəyərləndirərkən bildirmişdi.
NATO-nun mənzil-qərargahında keçirilən
görüş bir daha Azərbaycanın həyata keçirdiyi siyasətin məzmununu ortaya qoymuşdu. Bu məzmun isə
rəsmi Bakının
siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin
qlobal miqyasda mövqelərini layiqincə
qoruduğunu nümayiş
etdirmişdi. Həmin vaxt
Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi NATO-nun Şimali Atlantika Şurasının
iclasında NATO-ya üzv dövlətlər
tərəfindən ölkəmizin
ərazi bütövlüyünə,
suverenliyinə, beynəlxalq
səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına
bir daha dəstək ifadə olunmuşdu.
Dünyanın yüksək
ehtiram göstərdiyi
lider
Prezident İlham
Əliyevlə telefon söhbəti zamanı Baş katib Yens Stoltenberq ötən ilin dekabrında NATO-ya səfərinə və NATO-nun ali
orqanı olan Şimali Atlantika Şurasında çıxışına
görə dövlətimizin
başçısına təşəkkürünü
ifadə edib. Telefon danışığı əsnasında
Azərbaycan-NATO əlaqələrinin
inkişafından məmnunluq
ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə
vəziyyətinə, dünya
enerji bazarındakı
mövcud duruma dair fikir mübadiləsi
aparılıb.
NATO-nun Baş
katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına
və qaz ixracını artırmasına
görə Azərbaycana
təşəkkürünü ifadə edib. NATO-nun 20-yə
yaxın ölkəsi
Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsi
Azərbaycandan təbii
qaz alır və gələcəkdə
bu coğrafiyanın genişləndirilməsi üçün
böyük imkanlar
var.
Polşa Prezidenti Andjey Duda isə telefon
söhbəti zamanı
2019-cu ildə Azərbaycana
rəsmi səfərini
məmnunluqla xatırladıb. Prezidentlər Azərbaycanla Polşa arasında müxtəlif sahələrdə ikitərəfli
əlaqələrin inkişafına
dair fikir mübadiləsi aparıblar.
Andjey Duda ATƏT-in fəaliyyətdə
olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə
toxunub və ATƏT çərçivəsində atılan addımların gərginliyin azaldılmasına
xidmət edəcəyini
vurğulayıb.
NATO-nun Baş katibi Yens Stoltenberqin, həm də Polşa Prezidenti Andjey Dudanın telefon
zəngləri zamanı
Ukrayna ətrafında
cərəyan edən
hadisələrə dair
də fikir mübadiləsi aparılıb.
Bu da təsadüfi
deyildi. Çünki Azərbaycan dövləti
uzun illərdir dünyada sülhün təmin olunmasında fəal iştirak edir. Respublikamız səmərəli
təklif və təşəbbüslərlə çıxış edir,
öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə
dəyərli töhfələr
verir. Prezident İlham Əliyev
regional münaqişələrin, siyasi gərginliklərin aradan qaldırılmasında
fəal rol oynayır, barışdırıcı
missiya həyata keçirir.
Bu baxımdan
NATO-nun Baş katibinin
və Polşa Prezidentinin İlham Əliyevə zəngləri
Azərbaycan Prezidentinin
öz nüfuzu ilə siyasi-hərbi gərginliklərin aradan qaldırılmasına verə
biləcəyi böyük
töhfələrdən irəli
gəlir. NATO-nun və
Avropa İttifaqının
üzvü olan dövlətlər bu məsələdə Prezident
İlham Əliyevin rolunu və mövqeyini anlayır və dəyərləndirirlər.
Azərbaycan regionun lider dövləti, qlobal miqyasda söz sahibidir. Bu yolda hər cür aşırımlardan inamla
keçən, qarşıya
çıxan maneələri
uğurla dəf edən respublikamız öz siyasətinin prioritetlərini, milli maraqlarını qətiyyətlə
və inamla reallaşdırır. 2020-ci
ilin Vətən müharibəsi bunun bariz nümunəsidir.
Azərbaycanın yürütdüyü
siyasət həm
region, həm də beynəlxalq səviyyədə
pozitiv geosiyasi prosesləri stimullaşdırır.
Eyni zamanda Azərbaycan öz siyasəti ilə sülh, əməkdaşlıq və
inteqrasiya istiqamətində
dünyaya öz töhfələrini verir.
Həm NATO-nun Baş
katibinin, həm də Polşa Prezidentinin telefon zəngləri göstərir
ki, respublikamızın
yürütdüyü müstəqil
siyasət dünyanın
güc mərkəzləri,
Avropa İttifaqının
üzvü olan dövlətlər tərəfindən
hörmətlə qarşılanır.
Bu siyasəti reallaşdıran Prezident İlham Əliyev isə bütün siyasi mərkəzlər tərəfindən yüksək
ehtiramla qəbul edilən liderdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.- 18 fevral.- S.1-2.