Dövlətimizin
başçısı və birinci
xanım Qarabağ xanlarının
Ağdamdakı türbələri və yaşayış evi - İmarət kompleksində olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.
AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.
Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.
Qarabağ
xanları Pənahəli xanın, İbrahimxəlil xanın və
Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə
üzvlərinin - Xan qızı, şairə və xeyriyyəçi
Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu
xan Cavanşirin, xeyriyyəçi, Şuşada
Aşağı və Yuxarı Gövhərağa məscidlərini
tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün
iştirakçılarından olmuş Xanbikə
xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında
yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı
da erməni vəhşiliyinə məruz
qalıb.
Azərbaycan.-2022.- 15 fevral.- S.6.