Serbiya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Aleksandar Vuçiçə
Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Dinamik inkişaf
yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin
bugünkü səviyyəsi
məmnunluq doğurur. Daim genişlənən
siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif
sahələrdə səmərəli
əməkdaşlığımız münasibətlərimizin məzmununu
real şəkildə əks
etdirir.
İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi
dostluq və əməkdaşlıq münasibətlərinin,
strateji tərəfdaşlığımızın
hərtərəfli inkişafı
yolunda bundan sonra da birgə
səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Serbiya
xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral
2022-ci il
Azərbaycan.-2022.-
15 fevral.- S.9.