Növbəti istiqamət Kəlbəcər rayonu və Laçın dəhlizi olub
Beynəlxalq
səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura
səfəri
Xocalı soyqırımının 30 illiyi ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar fevralın 17-də Kəlbəcər və Laçın rayonlarında olublar.
AZƏRTAC xəbər verir ki, səfər zamanı qonaqlar Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər tuneli qarşısında ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsini yad ediblər.
Sonra xarici səyyahlar İstisuya səyahət ediblər. Qonaqlara İstisu haqqında məlumat verilib. Bildirilib ki, İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb.
Daha sonra qonaqlar Laçın dəhlizindən keçiblər. Onlar yolboyu ətrafda ermənilər tərəfindən dağıdılmış binalara və tikililərə baxıblar.
Qeyd edək
ki, ermənilər tərəfindən 30
ildən artıq işğal altında
saxlanılan digər ərazilərimizdə olduğu
kimi, Laçın və Kəlbəcər
rayonlarında da heç
bir iş
görülməyib. Ermənilər bu torpaqlarda yalnız dağıdıcı və
talançı fəaliyyətlə məşğul olublar. Xarici ölkələrdən
olan səyyahlar bütün
bunları öz gözləri ilə
görüblər.
Azərbaycan.-
2022.- 18 fevral.- S.4.