Serbiyalı səyahətçi: “Qarabağda dağıdılmış və
yandırılmış tikililərin şahidi
oldum”
Qarabağda dağıdılmış və yandırılmış tikililərin şahidi oldum.
Bunu AZƏRTAC-a açıqlamasında işğaldan azad edilmiş ərazilərdə səfərdə olan serbiyalı səyyah Dorde Radinoviç Kapraloviç deyib.
O bildirib ki, Qarabağa səfər zamanı dağıdılmış ərazilərlə yanaşı, Azərbaycan dövləti tərəfindən sürətlə həyata keçirilən bərpa-quruculuq işlərinə də şahidlik edib.
“Görünən odur ki, Azərbaycan Qarabağda bir çox sahələrin dirçəlməsi üçün investisiyalar
yatırır. Azərbaycan ilə Ermənistan arasında
münaqişənin olduğunu bilirəm,
lakin inanıram ki,
münasibətlərin normallaşması regiona
sülh gətirəcək”.
Azərbaycan.-
2022.- 18 fevral.- S.4.