Türkiyəli rektor: “Xocalı soyqırımının dəhşətlərini
unutmamalı, unutdurmamalıyıq”
Xocalı soyqırımı dünya tarixində, insanlıq tarixində utanılacaq bir qara bir ləkəlidir. Bu hadisəni unutmamaq və unutdurmamaq üçün güclü olmalıyıq. Tarix göstərdi ki, türk xalqlarının zəifliyi onlar üçün tragediyalara səbəb olur. Xocalı soyqırımını unutmamalıyıq ki, bir daha belə acılar yaşanmasın.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Osmaniyə Korkut Ata Universitetinin rektoru professor Turqay Uzun ifadə edib.
Güclü olmağın real nümunəsinin Vətən müharibəsində ortaya çıxdığının diqqətə çatdıran rektor deyib ki, İkinci Qarabağ müharibəsinin nəticəsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir.
Qeyd edək ki,
Prezident İlham
Əliyevin Xocalı soyqırımının otuzuncu
ildönümü haqqında
imzaladığı məlum Sərəncama uyğun
olaraq, “Xocalıya ədalət!” beynəlxalq
məlumatlandırma kampaniyası çərçivəsində
rektor Turqay Uzunun iştirakı ilə fevralın 16-da
Osmaniyə Korkut Ata
Universitetində “Xocalı soyqırımı otuzuncu
ildönümündə və Türkiyə-Azərbaycan
əlaqələri” mövzusunda konfrans keçirilib.
Azərbaycan.-
2022.- 18 fevral.- S.4.