“Omikron”un simptomları artır
Mütəxəssislər bu səbəbdən xəstəliyin diaqnozunu qoymağın çətinləşdiyini
bildirirlər
Yüksək yoluxuculuğa malik olan “Omikron” variantı hazırda dünyada digər COVID-19 variantlarını üstələmiş vəziyyətdədir. Ən çox yayılan isə “Omikron”un altvariantı BA.1-dir. Əksər ölkələr, xüsusilə də Asiya və Avropa ölkələri BA.2-nin səbəb olduğu yoluxma hallarının artdığını bildiriblər. Mütəxəssislər məlumat verirlər ki, viruslar mutasiyaya uğradıqda və yeni variantlar ortaya çıxdıqda onlar bəzən altnövlərə bölünə bilirlər.
“Delta” variantının 200 müxtəlif
altvariantı var. Eyni proses “Omikron”da da müşahidə edilir, belə ki, onun BA.1, BA.2, BA.3 və sair altnövləri
var. Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) ötən ayın sonuna olan məlumatına
görə, qlobal
GISAID məlumat bazasına
təqdim edilən nümunələrin təxminən
99 faizi bu subvariant olub. Lakin BA.2 digər subvariantlara nisbətən daha yoluxucu olsa da,
onun ağır xəstəliyə səbəb
olduğuna dair hələlik heç bir elmi sübut
yoxdur.
Ümumilikdə isə “Omikron” yoluxduğu şəxslərdə
fərqli simptomlarla özünü büruzə
verir. Bir çox xəstə
yüngül soyuqdəymə
kimi simptomlardan şikayət etsə də, bəziləri şiddətli simptomlarla üz-zə qalır.
ÜST-ün yoluxucu xəstəliklər
üzrə mütəxəssisi
doktor Maria Van Kerkhove “Omikron” virusuna yoluxmuş insanların onlarca əlamət göstərə biləcəyini
söyləyib. O, əlavə
edib ki, biz bilirik ki, “Delta” ilə müqayisədə
“Omikron” ilə yoluxsanız, xəstəxanaya
yerləşdirmə riski
orta hesabla daha azdır, lakin bu onun
yüngül xəstəlik
olduğu demək deyil.
“Omikron” xəstələrində
mədə-bağırsaq simptomları
müşahidə olunur
İngiltərədəki London Kral Kolleci tərəfindən
idarə olunan ZOE COVID
araşdırma tətbiqi
yeni növ koronavirusun simptomları haqqında istifadəçi
bildirişlərini toplayır. Bu bildirişlərə əsasən
müəyyən olunub
ki, əksər “Omikron” xəstəsində
boğaz ağrısı,
şiddətli bədən
ağrısı, yorğunluq,
şiddətli baş
ağrısı kimi soyuqdəyməyə bənzər
simptomlar müşahidə
olunur.
ZOE-nin nəticələrinə
görə, son zamanlarda
“Omikron” xəstələrində
ishal, iştahasızlıq
və qarın ağrısı kimi mədə-bağırsaq simptomu
artıb. Digər tərəfdən, yoluxmuş
insanlar klassik COVID-19 simptomu, öskürək,
qızdırma və qoxu itkisi ilə
bağlı daha az məlumat
veriblər. Mütəxəssislər bildiriblər ki,
simptomların bu qədər geniş olması səbəbindən
xəstəliyin diaqnozunu
qoymaq çətinləşib.
Eyni zamanda tibb elminin
gəldiyi qənaət
budur ki, “Omikron”a yoluxanlar xəstəliyi yüngül
keçirsə də,
vaksinasiya olunmayanlarda bu ştam ciddi
fəsadlar törədə
bilir.
Azərbaycanda COVID sertifikatlarının etibarlılıq müddətinə
dair tələblər
dəyişib
Son dövrlər “Omikron”
səbəbindən Azərbaycanda
da COVID-ə yoluxma sayı artıb. Amma epidemioloji
vəziyyət nəzarət
altındadır. Bu həm də Azərbaycan əhalisinin
47 faizinin hər iki doza üzrə
peyvəndlənməsi ilə
əlaqədardır ki,
müvafiq göstərici
ÜST-ün 40 faiz hədəfini aşıb.
Fevralın 15-dən etibarən ölkəmizdə
COVID sertifikatlarının etibarlılıq
müddəti COVID-19 xəstəliyinə
qarşı peyvənd
olunmanı (2 doza) təsdiqləyən sertifikat
üzrə 6 ay, həmin
müddət bitdikdən
sonra peyvənd istehsalçısının istifadə
təlimatında 2 doza
vurulması nəzərdə
tutulan peyvəndin 1 dozasını (“buster” doza)
aldıqda müddətsiz
olacaq.
Bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə
qarşı peyvənd
olunmanı, peyvəndləməyə
əks-göstərişi, neqativ PZR test nəticəsini
əks etdirən və COVID-19 xəstəliyinə
yoluxmuş şəxslərin
sağalaraq immunitetə
malik olmalarını təsdiq edən sertifikatların tanınması
Qaydası”nda edilən
dəyişiklikdə əksini
tapıb.
Eyni zamanda Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin
aradan qaldırılması
ilə bağlı tədbirlər barədə”
qərarında dəyişiklik
edib. Beləliklə, 2022-ci il fevralın
15-dən etibarən bu
qərarda nəzərdə
tutulan iş və xidmət sahələri işçilərindən
etibarlı olan
COVID-19-a qarşı peyvənd
olunmanı təsdiqləyən
peyvənd sertifikatının
və ya sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin,
yaxud COVID-19-a qarşı
peyvəndə əks-göstərişi
müəyyən edən
əks-göstəriş sertifikatının
olması tələb
ediləcək.
Fevralın 15-dən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr üçün də peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minib. Qərara əsasən, fevralın 15-dən etibarən mülkiyyət formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. O cümlədən fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna təşkil edəcək.
Toy mərasimlərində peyvənd sertifikatına dair yeni tələb
Fevralın 15-dən toy mərasimlərində peyvənd sertifikatına dair tələb də dəyişib. Belə ki, Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarda etdiyi dəyişikliyə əsasən, göstərilən tarixdən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda daimidir. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsizdir. Beləliklə, bununla əlaqədar 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlara münasibətdə də yeni tələb qüvvədədir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 15 fevral.- S.11.