Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası İpoteka və
Kredit Zəmanət Fondunun
vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən
güzəştli ipoteka kreditinin
verilməsi Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1036; 2017, ¹ 4, maddə 526, ¹ 7, maddələr 1340, 1370, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2328; 2018, ¹ 5, maddə 900, ¹ 9, maddə 1825; 2019, ¹ 1, maddə 58, ¹ 4, maddə 618; 2020, ¹ 5, maddə 541; 2021, ¹ 5, maddə 435) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 8-ci abzas əlavə edilsin:
“8. ən
azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;”;
2. 3.2.7-ci yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
3.2.8-ci yarımbənd əlavə
edilsin:
“3.2.8. ən
azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 fevral 2022-ci il
Azərbaycan.-
2022.- 13 fevral.- S.2.