Prezidentlə çiyin-çiyinə, xalqın arasında

 

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunICESCO-nun xoşməramlı səfiri... Mehriban xanım Əliyevanın daşıdığı bu və digər yüksək ad və titullarının hər birinin arxasında böyük məsuliyyət, zəhmət, səriştə tələb edən vəzifələrin yerinə yetirilməsi dayanır.

Onların hər birini layiqincə həyata keçirmək üçün səbir, düşüncə, bilik və təcrübə vacibdir, əməli işlər görmək lazımdır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun bütün bunların öhdəsindən gələn Mehriban Əliyeva kimi nüfuz və hörmət, el sevgisi qazanmış dövlət xadimi, layiqli övladı, qayğıkeşi, xeyirxahı var.

Belə bir həmdəminin, himayədarının olması Azərbaycan analarının və körpələrinin də xoşbəxtliyidir. Azərbaycanın böyük bir xoşbəxtliyi də ondadır ki, Prezident İlham Əliyevin belə ömür-gün yoldaşı, dostu və silahdaşı var. Bunu özümüz də əyani görür, dərindən dərk edirikçox xoşdur ki, digər xalqların nümayəndələri, başqa ölkələrin vətəndaşları da qeyd edirlər.

Azərbaycan xalqının leksikonunda qədim zamanlardanel anası” ifadəsi var. Ehtiyacı olanın çətinliyini duymağı bacaran, dərdlinin dərdini bölən, yetimi sinəsinə çəkən, qısası, bir kəndin, bir obanın camaatına qayğı göstərməyə qadir olan genişürəkli xanımlara el anası deyiblər! Azərbaycanın birinci xanımının bu yönümdəki xeyirxahlıq missiyası bir ailənin, kəndin, yaxud şəhərin çərçivəsindən çıxaraq daha geniş miqyas alıb. Mehriban xanım Əliyeva həmişə xalqın yanındadır, xalqla birlikdədir. Həm sevincli, həm kədərli gündə.... O, hamıya kömək etməyə, yaxşı işlərdə dəstək verməyə, yardım göstərməyə qadir və həmişə hazır olan böyük İnsandır, qayğıkeş Anadır!

Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşanDiabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri sözügedən xəstəliklərdən əziyyət çəkən insanların, xüsusilə uşaqların pulsuz müayinə olunmasına və müalicə almasına, nəticədə şəfa tapmasına imkan yaradıb. Bu və digər xəstəliklərin aradan qaldırılmasına kömək edən neçə-neçə yeni tibb müəssisəsi, o cümlədən Talassemiya Mərkəzi istifadəyə verilib.

Bu yaxınlarda isə Mehriban xanımın təşəbbüsü ilə Bakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzi istifadəyə verildi. Autizm spektr pozuntulu uşaqlar üçün bərpa mərkəzi 2013-cü ildən fəaliyyət göstərsə də, indiyədək özünün daimi yerləşdiyi binası yox idi. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı ərəfəsində istifadəyə verilən mərkəzin binası autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün əsl hədiyyə oldu. Bu uşaqların intensiv terapiya alması və asudə vaxtlarının səmərəli təşkili üçün mərkəzdə hər cür şərait yaradılıb.

 

Bakıda və ölkənin digər regionlarında mütəmadi keçirilən qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaqdamaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqların əməliyyat olunması, aztəminatlı ailələrin üzvlərinin müayinələri, lazım gəldikdə insanların xarici ölkələrə müalicəyə göndərilməsi... Bütün bunlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah əməlləri nəticəsində baş

 

tutur.

 

Hələ “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələri demirik...

 

Bir zamanlar uşaq evindəki balaca oğlan və qızların o qədər də yaxşı qidalanmaması, ailələrdə böyüyən atalı-analı yaşıdlarından geyim-kecimdə də geridə qalması hamıya məlum olan həqiqət idi. İndi bu uşaqların heç nəyə ehtiyacı yoxdur! Necə deyərlər, kefləri kök, damaqları çağdır. Bunun hamısı Mehriban Əliyevanın zəhməti, səyi nəticəsində olub. Ancaq uşağı çörəklə, ləziz nemətlərlə doydurmaq, əyin-başını düzəltmək hələ işin yarısıdır. Onun isti nəfəsə, qayğıya ehtiyacı daha çox olur. Hamımız Mehriban xanımın yetim, yaxud xəstə uşağı necə məhəbbətlə qucağına götürdüyünü, necə istəklə bağrına basdığını çox görmüşük! Bu, internatlardauşaq evlərində işləyən qadınlara bir nümunə, bizim hamımıza, bütün cəmiyyətə bir mesajdır!

Əvvəllər uşaq evində böyüyən oğlan və qızların məktəbi bitirəndən, yəni yetkinlik yaşına çatandan sonra haraya üz tutacağı, harada yaşayacağı da cəmiyyəti narahat edən problem idi. Mehriban xanım bir ana kimi bu uşaqların da qayğısına qalaraq onlar üçün ev tikdirdi.

Şanlı Qələbəmizədək yaşadığımız son illər ərzində Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün də ardıcıl işlər aparıb. Təsadüfi deyil ki, Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra ilk müşavirəsi də onlara həsr edilmişdi. “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır”. Həmin tədbirdə Mehriban Əliyeva belə dedi. Dedi və həmişə olduğu kimi vədinə əməl etdi. Birinci xanım da dövlətimizin başçısı kimi vədinə, verdiyi sözə həmişə sadiqdir.

Nəhayət, xalqımıza Qələbə və qürur gətirən, bunları bizə bəxş edərək uca şəhidlik mərtəbəsinə yüksələn oğullarımızın ailələri də daim Mehriban xanımı öz yanlarında görürlər. Azərbaycanın birinci xanımı öz ciyərparasını itirmiş anaların, körpəsi atasız qalmış gəlinlərin dərdinə şərik çıxır, kədərini bölürbütün bunlarla bahəm onlara təsəlli verir, Vətən yolunda qəhrəmanlıq göstərmiş əzizləri üçün qürur keçirməli olduqlarını deyir. Amma bunları deyərkən özünü də qəhər boğur, kövrəldiyini bəzən gizlədə bilmir. Bu da ana qəlbinə xas olan əlamətdir... Qəhrəman qazilərimizə isə “qardaşlarım” deyərək onların hünərlərindən qürur duyur.

Bütün bunlarla yanaşı, Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş torpaqlarımızı qarış-qarış gəzir, düşmənin viran qoyduğu tarixi, mədəni abidələrimizin bərpası üçün çalışır. Qarabağdakı və Şərqi Zəngəzurdakı yurd yerlərimizi cənnətə çevirən Prezidentimizlə və xalqımızla birlikdədir, çiyin-çiyinədir!

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 20 fevral.- S.8.