Azərbaycan-ABŞ iqtisadi əlaqələrini genişləndirmək üçün yeni imkanlar araşdırılır

 

Azərbaycan-ABŞ əlaqələri yüksələn xətlə inkişaf edirbu münasibətlərin iqtisadi təzahürlərini müqayisə etmək üçün reallıqları diqqətlə nəzərdən keçirmək və bəzi göstəriciləri xatırlatmaq yerinə düşərdi.

Məsələn, 2021-ci ildə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollardan çox olmışdur.

Əslində bu rəqəm təkcə məlumat vermək üçün yox, həm də hər iki tərəfin daha yüksək nəticələrə nail olmaq potensialını xatırlamaq üçün göstərilir. Hər iki tərəf ticari-iqtisadi ələqələrin gücləndirilməsində maraqlıdır, odur ki, iqtisadi əlaqələrin gücləndirilməsi üçün müxtəlif səviyyələrdə görüşlər və müzakirələr keçirilir.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda “Caspian Policy Centerin təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda bu barədə fikirlərini bölüşərkən belə deyib: “ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm komponentlərindən biri enerji təhlükəsizliyi məsələsidir. Vaşinqtonun dəstəyi və Amerika şirkətlərinin fəal iştirakı ilə Azərbaycan neftqaz ehtiyatlarını birbaşa və müstəqil şəkildə beynəlxalq bazarlara çıxara bilib”.

H.Hacıyev Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-dan ən böyük investisiyalar alan ölkələrdən biri olduğunu bildirib: “Bu investisiyaların ümumi məbləği təxminən 19 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-ə yaxın Amerika şirkəti fəaliyyət göstərir. Azərbaycan da ABŞ iqtisadiyyatına sərmayə qoyur. Xüsusilə qeyri-neft sektorunda ikitərəfli iqtisadi əlaqələrin stimullaşdırılması və möhkəmləndirilməsi üçün daha çox görülməlidir”.

Qeyd edək ki, ABŞ-la iqtisadi əlaqələrin inkişafı məsələləri digər müstəvilərdə də müzakirə edilir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ Dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşündə ABŞ-la iqtisadi, ticarət, sənaye və digər sahələrdə tərəfdaşlığın inkişaf etdiyi, ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində işlərin görüldüyü qeyd olunub.

Ölkəmizdə bütün istiqamətlərdə həyata keçirilən dərin islahatlar, sosial-iqtisadi inkişafa dair milli prioritetlər və qarşıya qoyulan hədəflərin geniş spektri, “yaşıl iqtisadiyyat” və bərpaolunan enerji layihələrinə önəm verilməsi Azərbaycan-ABŞ münasibətləri üçün yeni bir səviyyədə geniş şərait yaradır. Bu sırada Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, kiçikorta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər və İnvestisiya Holdinqinin yaradılması iki dövlətin qarşılıqlı iqtisadi əlaqələrinin yenidən qurulmasına imkan verir. ABŞ Dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker regionda dayanıqlı sülhünregional inkişafın önəmini vurğulamış, ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında, xüsusilə minalardan təmizləmə işlərində iştirak etməkdə maraqlı olduğunu bildirmişdir.

Biz bütün səviyyələrdə keçirilən görüşlərdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsinin şahidi oluruq.

Qeyd edək ki, belə görüşlərdən biribu il fevralın 11-də iki tərəfin iştirakı ilə Azərbaycanın ən nüfuzlu beyin mərkəzlərindən birində - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri ilə keçirilmişdir. Bu tədbirdə İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova rəqəmsal platforma layihələri, həyata keçirilən iqtisadi islahatlar, biznes mühiti, işğaldan azad edilmiş ərazilərin bərpasına xarici investisiyaların cəlb edilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Eyni zamanda, onların diqqətinə növbəti illər üzrə müəyyən olunmuş prioritet sahələr, inkişaf hədəfləri, iqtisadi diversifikasiyainklüziv artım məqsədləri, regional tranzitin inkişafı və potensial investisiya sahələri barədə məlumatlar çatdırılmışdır.

ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə nümayəndəsi cənab Dryu Lebkueker Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olduğunu və pandemiyanın təsirlərinə baxmayaraq, əldə edilmiş iqtisadi artımı yüksək qiymətləndirdiyini bildirmışdır. Səfirlik belə hesab edir ki, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və ABŞ-ın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulmasına lazım olan dəstəyin verilməsinə hazırdır.

Görüşdə İİTKM-in Strateji planlama departamentinin rəhbəri Ayaz Müseyibov və səfirliyin iqtisadi müşaviri Yusif Abasovun iştirakı ilə ölkədə maliyyə sektoru, xarici ticarət, rəqabət siyasəti və regionların inkişafına birbaşa xarici investisiyaların cəlbi sahəsində ölkənin inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verə bilən beyin mərkəzlərinin bu işə qoşulması təqdirəlayiqdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 13 fevral.- S.2.