Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olublar

 

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsini ziyarət ediblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub, yataqxana, əşya ərzaq anbarları, yeməkxana, eləcə digər inzibati otaqlara baxış keçiriblər. Ombudsman Aparatının nümayəndələri hərbi hissədə asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Sonda hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi digər mövzularda fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2022.- 13 fevral.- S.2.