İrəvan problemdən
çıxış yolu
tapa bilmir
Müharibədən sonra
Ermənistanda miqrasiya
daha da artıb
Hazırda Ermənistan üçün
hələ də ən aktual problemlərdən biri əhalisinin xarici ölkələrə köçünün
davam etməsidir. Miqrasiya prosesinin
indiki templə davam edəcəyi təqdirdə Ermənistanın
əhalisiz ölkəyə
çevriləcəyi özlərinin
sosioloqları tərəfindən
də açıq etiraf olunur. Belə hesab edilir ki,
real şəraitdə Ermənistanın
ümumi təhlükəsizliyinə
xələl gətirən
əsas hallardan biri məhz əhalinin ölkəni tərk etməsidir.
Mövcud iqtidar bu cür
sosial-iqtisadi şərait
fonunda miqrasiyanın qarşısının alınmasında
artıq aciz olduğunu nümayiş etdirir. Ermənistanda belə bir fikir hakimdir ki, Nikol Paşinyan
hökuməti hakimiyyətdə
olduğu müddət
ərzində digər
çətinliklər kimi,
miqrasiya problemi də öz həllini tapmayacaq. Bildirilir ki, əvvəlki illərdə də miqrasiya böhranı müşahidə olunub, amma İkinici Qarabağ müharibəsindən
sonra ölkəni birdəfəlik tərk edən sadə ermənilərin sayı artıb.
“Joxovurd” nəşri yazır ki, rəsmi məlumatlara görə, ötən il
73 571 vətəndaş ölkəni
tərk edib və geri qayıtmayıb.
Ümumilikdə ölkədən
762 min 792 nəfər gedib,
onlardan 689 min 221-i geri
qayıdıb. Qeyd edək
ki, söhbət Ermənistan vətəndaşlarından
gedir. Eyni zamanda, təkcə
ötən ilin birinci yarısında 22 minə yaxın erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son 4 ilin mütləq
rekordudur.
Məqalə müəllifi
rəsmi statistikiya istinad edərək yazır ki, ötən il 161 minə yaxın Ermənistan vətəndaşı
“Green card” üçün müraciət edib. İndi isə gəlin inqilabdan əvvəl və sonrakı dövrü müqayisə
edək. Rəsmi
məlumata görə,
2017-ci ildə 36,2 min insan Ermənistanı tərk edərək geri qayıtmayıb. Ötən il bu rəqəm 73,5 mindən çox
olub. Bu arada Ermənistanın hakim “Mülki
müqavilə” partiyasından
olan deputat Armen Xaçatryan deyib ki, 2020-ci ilin 44 günlük müharibəsinin şəraitini
araşdırmaq üçün
istintaq komissiyası artıq yaradılıb. O
bildirib ki, komissiyaya yalnız Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi
Komissiyasının üzvləri
daxildir: “Komissiya 11 deputatdan ibarətdir, lakin deputatlardan biri müvafiq məxfilik rejiminə icazə almadığı
üçün hazırda
10 üzvün tam səlahiyyəti
var. Müvafiq icazəni
aldıqdan sonra o da komissiyaya cəlb olunacaq. Söhbət
Artur Kazinyandan (“Ermənistan” blokundan olan deputat - red.) gedir. Ümid edirik ki, o, aidiyyəti qurumlara müraciət edəcək,
icazə alacaq və komissiyanın işində tam iştirak
edəcək. Kazinyan tərəfindən
bu icazənin alınması və ya alınmaması komissiyanın işinə
mane olmayacaq. Ancaq Müdafiə
və Təhlükəsizlik
Daimi Komissiyasının
üzvü olduğu üçün onu alsa, yaxşı olardı”.
Xaçatryan əlavə edib ki, komissiyanın işi əsasən məxfi xarakter daşıyacaq, məlumatların
əhəmiyyətli hissəsi
dövlət və rəsmi sirrdir. Hakimiyyətin
niyə parlamentdənkənar
qüvvələrin nümayəndələrini
komissiyaya daxil etmədiyinə gəlincə,
Xaçatryan bildirib ki, hakimiyyət heç bir qərar verməyib, çünki müdafiə
və təhlükəsizlik
üzrə istintaq komissiyasının işi
konstitusiya qanunu ilə tənzimlənir: “Hazırda parlamentdənkənar
qüvvələrin komissiyanın
işində iştirak
formatı üzərində
düşünülür, lakin bu, o demək
deyil ki, onlar istintaq komissiyasının səlahiyyətlərini
yerinə yetirəcəklər.
İştirakın formatı
məsələsi iş
proseduru təsdiq edildikdən sonra öz həllini tapacaq”.
Belə vəziyyət isə həqiqətən Ermənistanın
sürətlə məhvə
yaxınlaşdığını, ölkədə qarşıdurmanın
ən yüksək səviyyədə olduğunu
göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 13 fevral.- S.3.