Gələcəyə ümidlə
Mehriban
Əliyevanın təşəbbüsü ilə inşa edilən Autizm Mərkəzində
uşaqların reabilitasiyası
üçün mükəmməl
şərait yaradılıb
Səmanın rəngidir mavi, dənizin, üfüqün də... Azadlığı, səssizliyi, sonsuzluğu ifadə edir bir də bu rəng. Həm də autizmin rəngidir...
Simvol kimi məhz bu rəngin seçilməsi heç də təsadüfi deyil. Autizm spektr pozğunluğu olan insanların sinir sistemləri, göz quruluşları rəngləri digərlərindən fərqli həssaslıqla qəbul edir, qavrayır. Ona görə soyuq, qıcıq rəng yaratmayan rənglər, xüsusən də mavi rəng ən sevdikləridir onların...
Son 4-5 ildir ki, ölkəmizdə, ümumiyyətlə, dünyada autizmli uşaqların sayı artıb. Ötən ilin statistikasına görə, dünyaya gələn hər 44 körpədən biri autizm xəstəsidir.
Autizm spektr pozuntusu olan uşaqların intensiv terapiya alması, həyat bacarıqlarını inkişaf etdirməsi onların reabilitasiyası baxımından olduqca vacibdir. Bakının Nizami rayonunda yerləşən və ölkəmizdə xeyirxahlıq, mərhəmət və insanlara qayğı ünvanı kimi tanınan Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Autizm Mərkəzinin də məqsədi məhz bundan ibarətdir.
Autizm spektr pozuntulu uşaqlar üçün bərpa mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək mərkəzin özünün daimi yerləşdiyi bina olmayıb. Ötən il dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində istifadəyə verilən mərkəzin binası autizm spektr pozuntulu uşaqlar üçün əsl hədiyyə oldu.
Ən müasir standartlara cavab verən mərkəzin 21 dərs otağı var. Autizmli şəxslərin istər
fizioloji, istərsə
də fiziki inkişafına ciddi dəstək verən bütün lazımi avadanlıqlarla təmin olunmuş bu məkanda individual yanaşma
ilə gerçəkləşdirilən
dərs prosesinin aparıldığı otaqlarla
yanaşı, xüsusi
terapiyalar üçün
idman zalı, autizmli şəxslərin
özünəqulluq bacarıqlarını
inkişaf etdirə biləcəkləri nümunəvi
yaşam otaqları, musiqi kabineti yaradılıb.
Autizmli şəxslərlə
işin hər bir mərhələsi
individual xarakter daşıyır. Daha sonra
onlar tədricən cəmiyyətə inteqrasiya
olunurlar. Əslində, son məqsəd də elə budur. Uşaqların özlərini tədricən
sərbəst şəkildə
idarə etmələri
və yaşaya bilmələri çox önəmlidir.
Mərkəzdə 40-a qədər mütəxəssis
çalışır, hamısı
da yüksək ixtisaslı, öz işinin ustasıdır. Yeri gəlmişkən,
inklüziv məktəblərdə
çalışan mütəxəssislərə
yalnız autizmli uşaqlara qarşı deyil, bütün xüsusi qayğıya ehtiyacı olanlara da doğru, sosial və elmi yanaşmalar üçün təlim keçirilib.
Mərkəzdə atelye də fəaliyyət göstərir. Autizmli şəxslərin valideynlərinin,
xüsusən də anaların əksəriyyəti
diaqnoz qoyulandan etibarən çox yaxşı təhsil aldıqları halda iş həyatını bitirmək, özlərini
yalnız övladlarına
həsr etmək məcburiyyətində qalırlar.
Bu isə onların
psixoloji vəziyyətinə
mənfi təsir edir və tədricən
cəmiyyətə yararlı
olmadıqları fikrinə
qapılırlar. Bunun üçün
mərkəz tərəfindən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq
əsasında bu cür analara dəstək verilir. Analar atelyedə çalışaraq
həm öz bacarıqlarını inkişaf
etdirir, həm də mərkəzə, dolayısı ilə öz övladlarına fayda vermiş olurlar.
Mərkəzin geniş oyun və idman meydançası
da var. Valideynlər autizmli övladlarını
digər uşaqlar kimi parka gəzintiyə apardıqda fərqli münasibətlə qarşılaşdıqlarını
düşünürlər. Ona görə
autizmli uşağın
əlavə bir travma almaması üçün onu belə yerlərə aparmamağa çalışırlar.
Mərkəzdə bunlar da nəzərə alınıb.
Burada yaradılmış şərait
autizmli uşaqların
rahatlıqla əylənməsinə
imkan verir. Mərkəzin həyətində
velosiped zolağı da var. Yaxın vaxtlarda isə əkin-biçinlə məşğul
olmaq, ev
heyvanlarının saxlanması
üçün xüsusi
yerlər istifadəyə
veriləcək.
Mərkəzin direktoru Aytən Eynalova ilə burada fəaliyyət göstərən “Kashalata
cafe”də söhbəti
davam etdiririk. O, böyük
minnətdarlıqla söyləyir
ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını
hər zaman hiss edirlər. Deyir ki, Mehriban xanım Əliyeva qısa zaman kəsiyində 3 dəfə
qızları ilə birlikdə mərkəzi ziyarət edib. Hər ziyarətdə də uşaqlarla çox gözəl və fərqli ünsiyyət qurublar. Hətta sonuncu dəfə
mərkəzdə yerləşən
“Kashalata kafe”də uşaqlarla birgə şirniyyat da hazırlayıblar. Mərkəzdə “Mavi ürəklər” adlı xor və
ritm qrupu da fəaliyyət göstərir. Mehriban Əliyeva
onların çıxışlarını
dinləyib və bəyənib.
Bura bəlkə
də dünyada yeganə məkandır ki, personalı autizmli şəxslərdir. Onlar mütəxəssislərin
bilavasitə nəzarəti
altında həm menyudakı şirniyyatların
hazırlanmasında, həm
də xidmət sahəsində fəaliyyət
göstərirlər. Pandemiya səbəbindən kafe hələlik hamıya açıq deyil. Ancaq yaxın gələcəkdə
hər kəs kafeyə baş çəkə biləcək.
Kafedə
23 yaşlı Şamxal
Xələfli ilə tanış olduq. O, ölkəmizdə
autizm diaqnozu qoyulmuş ilk uşaq olub. Şamxal bizi öz əlləri ilə süzdüyü çaya
və şirniyyata qonaq etdi. Bu əsnada anası
Zəhra xanımla da dərdləşdik.
Övladının bu mərkəzə
4 ildir ki, gəldiyini, o vaxta qədər isə necə əziyyətlər
çəkdiyini anlatdı.
Respublikamızda belə
bir məkanın olmadığından qonşu
ölkələrə getmək
məcburiyyətində qaldıqlarını,
amma orada da maddi çətinliklər
ucbatından 5 gündən
artıq qala bilmədiklərini dedi. Mərkəz
yaradılandan isə ailənin bu sosial qayğısı da başa çatıb.
Mərkəz ailələrlə sıx
ünsiyyət yaradıb. Onlara dəstək
vermək, doğru yol göstərmək, istər özlərinin ümumi psixoloji vəziyyəti, istərsə
də övladları
barədə gələcək
planlarının qurulmasında
ata-analara məsləhətçi
olur. Mütəmadi olaraq valideynlərə
mütəxəssislərin nəzarəti altında qrup terapiyaları da təşkil edilir. Valideynlər üçün ayrıca təlimlər keçirilir ki, uşaqlar evə getdikdə burada qurulan metodikanı evdə də davam etdirsinlər. Valideynlər
həftədə bir dəfə mütləq şəkildə dərslərdə
iştirak edirlər.
Valideynlərdən ibarət Məşvərət
Şurası dövlət
qurumları ilə görüşlər həyata
keçirir.
Autizm Mərkəzinin fəaliyyəti, onun yeni binasının inşası Azərbaycanda həyata keçirilən sosial siyasətin ən gözəl nümunələrindən biridir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Autizm Mərkəzi də bunun gözəl nümunələrindəndir.
Ülkər
XASPOLADOVA,
Azərbaycan.-2022.- 20 fevral.- S.13.