Vətən və xalq sevgisinin təcəssümü

 

 

Xalqımızın ən gözəl müqəddəs dəyərlərinin daşıyıcıları olan Azərbaycan qadınları tarixən ictimai fəaliyyət baxımından fəallıq nümayiş etdirmiş, dövlətimizin və xalqımızın siyasi, iqtisadi və mədəni həyatına böyük töhfələr vermişlər. Bu gün də Azərbaycan qadını özünün yüksək intellekti, işgüzarlığı ilə fərqlənir, cəmiyyətimizin yüksəlişinə xidmət edən proseslərdə yaxından iştirak edir.

Bu baxımdan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının işgüzarlığının və vətənpərvərliyinin ən gözəl nümunəsi və təqdimatıdır. Mehriban Əliyeva indiyədək təmsil olunduğu bütün platformalarda Azərbaycan qadınının timsalında xalqa xidmət missiyasının ən möhtəşəm nümunələrini yaradıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun həyata keçirdiyi tədbirlər bütün dünyada mədəniyyətimizi uğurla təbliğ edib. Heydər Əliyev Fondu artıq 18 ildir ki, ümid və pənah ünvanı kimi tanınır, Azərbaycan həqiqətlərini əzmlə dünyaya çatdırır, milli mədəniyyətimizin qorunmasına töhfələr verir, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında yaxından iştirak edir.

 2005-2017-ci illərdə Milli Məclisin deputatı olan Mehriban Əliyevanın parlamentarizm ənənələrinin inkişafında layiqli xidmətləri var. Məhz Mehriban Əliyevanın rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında böyük rol oynayıb.

Mehriban Əliyeva həm də Azərbaycan idmançılarının dostudur. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyevanın səmərəli fəaliyyəti Azərbaycan idmanının inkişafına layiqli töhfələr verir. Olimpiya oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir.

Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ona həvalə etdiyi bütün vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. Eurovision” mahnı müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında da Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoyub.

Bütün Avropadünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal evsahibliyinin nümunəsini gördü. Mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi, 4-cü İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə evsahibliyi etmək imkanı verdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına Azərbaycanın evsahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi.

Həmin etimadı doğrultmaq üçün mən də birinci xanım Mehriban Əliyevanın müdrik rəhbərliyi və mənəvi dəstəyi altında uzun müddət idman sahəsində uğurla xidmət etmiş, Avropaİslam oyunları kimi bir sıra mötəbər beynəlxalq idman tədbirlərinin layiqincə reallaşmasında əlimdən gələn köməyi əsirgəməmişəm. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitəsinin katibi, İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin, eləcə də koordinasiya şurasının üzvü, əməliyyat komitəsində MOK-lararası əlaqələr idarəsinin rəhbəri kimi bu oyunlar zamanı ölkəmizin gücü ilə qürur hissi keçirmişəm.

 

2017-ci ilin fevral ayından isə Mehriban Əliyevanın fəaliyyətində tamamilə yeni missiya başlayıb. Həmin il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi bütün xalqımızı sevindirən, cəmiyyətin bütün təbəqələrinin təqdir etdiyi qərar oldu.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından 5 il ötür. Ötən 5 ilin reallıqları göstərir ki, Mehriban Əliyeva özünün yeni missiyasını da layiqincə yerinə yetirir, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Prezident İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak edir. Mehriban Əliyeva ilk gündən mühüm sosial məsələləri nəzarətə götürüb. 2016-cı ilin Aprel döyüşlərində bədən xəsarətləri almış qəhrəman hərbçilərimizin protezlərlə təmin olunması, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin təcəssümü idi.

Koronavirus pandemiyasının ən gərgin günlərində xalqımız Mehriban Əliyevanın bu problemə həssas münasibətinin şahidi oldu. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən xeyriyyəçilik minlərlə ailəyə, ahıl insanlara böyük maddi və mənəvi dəstək verdi.

44 günlük Vətən müharibəsində isə Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qaşılandı. Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurdakı tariximilli abidələrimizin bərpası ilə bağlı həyata keçirdiyi layihələr isə bir daha Mehriban Əliyevanın vətən sevgisinin ifadəsidir.

Vətən müharibəsindən sonra dövlətimiz öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə də Mehriban Əliyeva Prezident İlham Əliyevin inkişaf siyasətinə layiqli töhfələr verir.

 

 

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2022.- 20 fevral.- S.6.