Azərbaycanın daha çox elektrik enerjisi ixrac etmək potensialı var

 

Bir həftə ərzində Azərbaycanda iki mühüm əhəmiyyətli enerji obyektinin istifadəyə verilməsi ölkəmizdə bu istiqamətdə görülən işlərin aparılan islahatların daha bir göstəricisidir. Prezident İlham Əliyev fevralın 8-də yenidən qurulanYaşmaqovşaq yarımstansiyasının açılışından sonra - fevralın 11-də “QobuEnerji Qovşağını - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluqQobuyarımstansiyasını 385 meqavatlıqQobuElektrik Stansiyasını işə salıb.

Dövlət başçısının 2020-ci ilin avqustunda təməlini qoyduğu bu stansiya yarımstansiya rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici mütəxəssislər deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu həyata keçirib obyekti yerli şirkət tikib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.

Prezident AZƏRTAC-a müsahibəsində ölkəmizin elektirik enerjisi sahəsində aparılan bu digər işlər haqqında geniş bəhs edib.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdıqdan sonra regionda yeni reallıqlar yaranmışdır. Ardınca Prezident İlham Əliyev dünyanı heyrətləndirən ikinci bir addım da ataraq işğaldan azad edilən ərazilərdə quruculuq-bərpa işlərinə başlamaq barədə göstəriş vermiş həmin işləri öz nəzarətinə götürmüşdür.

Bu da təsadüfi deyildi. Çünki düşmən ərazilərimizin hər qarışına mina basdırmışdı. Məqsəd həmin yerlərə qayıdışımızı əngəlləyərək mümkün qədər gecikdirmək idi. Buna baxmayaraq, bərpa-quruculuq işləri elə sürətlə həyata keçirilməyə başladı ki, hər kəs xalqımızın  əzmkarlığına heyran qaldı. Məsələn, Füzuli hava limanı cəmi 8 ay ərzində tikilərək istifadəyə verildi. Hazırda Qarabağ Şərqi Zəngəzurun hər yerində qızğın gedir. ArtıqZəfər yoludaxil yüz kilometrlərlə avtomobil yolu istismara verilib, Zəngilanın Ağalı kəndindəağıllıyaşayış məntəqəsi salınıb, elektrik yarımstansiyaları tikilib, tarixi abidələrin bir çoxu bərpa olunub s.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası, oraya qayıdacaq insanlar üçün normal yaşayış şəraiti yaradılması məqsədi ilə  bütün infrastruktur layihələri paralel həyata keçirilir. Onların hər biri vacib olsa da, enerji layihələrinin icrası daha önəmlidir.  Çünki digər infrastrukturun fəaliyyət göstərməsi üçün elektrik enerjisi vacibdir. Məsələn, Füzuli hava limanın tikilib istifadəyə verilməsi yalnız  fasiləsiz enerji təminatı ilə mümkün olmuşdur.

Bu səbəbdən sözügedən ərazilərdə elektrik enerjisi infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə LaçındakıGüləbird” Su-Elektrik Stansiyasının, “Suqovuşan-1” “Suqovuşan-2” kiçik su- elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olmuşdur. “Kəlbəcər-1” Kiçik Su-Elektrik stansiyasında  işlər tamamlanmışdır. Bununla yanaşı, azad olunmuş ərazilərdə 110/35/10 kV-luq rəqəmsal yarımstansiya tikilmiş, “Şuşa”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlıyarımstansiyaları istismara verilmişdir. Ağdamda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1” “Ağdam-2” yarımstansiyalarında, o cümlədənQarabağ” Regional İdarəetmə Mərkəzində tikinti işləri tamamlanmışdır.

Qarabağ Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı ölkənin ümumi enerji sisteminə qoşulmaqla yanaşı, həm tam rəqəmsallaşdırılmışdır. Belə ki, işğaldan azad edilən ərazilərdə IV Sənaye İnqilabına uyğun olaraq intellektual enenrji sistemi konsepsiyası həyata keçirilməklə, müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılmışdır. Bunun sayəsində istismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.  

Cari ildə bu ərazilərdə enerji infrastrukturunun yaradılması işləri davam edəcək. Həmin yerlərdə 5 yeni su-elektrik stansiyası inşa ediləcək ki, bu da ümumi enerji potensialımızı daha da gücləndirəcək. 

Məlum olduğu kimi, indi dünyada ətraf mühitə zərər verməyən bərpaolunan enerjidən istifadəyə böyük diqqət yetirilir. Bizim neft-qazla yanaşı, bu sahədə potensialımız yüksəkdir. Odur ki, dövlət tərəfindən Qarabağ Şərqi Zəngəzurdayaşıl enerjizonası üçün konseptual proqnoz hazırlanıb. Bu ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirilməsi aparılıb ilkin rəqəmlər ümidvericidir. Belə ki, burada külək enerjisinin potensialı 7200 meqavat, günəş enerjisinin isə 2000 meqavatdan çoxdur. Uzun illər ölkəmizdə neft-qaz sahəsində fəaliyyət göstərən bp şirkəti Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisinə maraq göstərir.

Prezident İlham Əliyev bu il fevralın 4-də BakıdaGülüstansarayındaCənub qaz dəhliziMəşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında ölkəmizin bərpaolunan enerji sahəsindəki potensialının yüksək olduğunu bildirərək demişdir: “Bizim həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq”.

Dövlət başçısı ölkəmizin enerji ilə təminatda yüksək nailiyyətlər əldə etdiyini bildirərək qeyd etmişdir ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqinə görə dünya üzrə ikinci yerdəyik.  Dövlət tərəfindən enerji infrastrukturunun yaradılması üçün böyük həcmdə vəsait qoyulub. Yeni elektrik stansiya yarımstansiyaları tikilib elektrik xətləri çəkilib.

Bu gün Azərbaycan enerji ilə təkcə özünü tam təmin etmir,  enerji ixrac edən ölkə kimi tanınır. Bu sahədə ölkəmizin potensialı yüksəkdir. Odur ki, ölkəmiz ixracatın həcmini daha da artırmaq niyyətindədir. Hazırda Azərbaycan Türkiyəyə, Rusiyaya, Gürcüstana İrana elektrik enerjisi ixrac edir. Məqsəd isə daha çox həcmdə elektrik enerjisi ixrac etməkdir. Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bu barədə demişdir: “Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək”.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 13 fevral.- S.1; 6.