Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 2 (I kitab),
maddə 202, № 3, maddələr
397, 403, 429, № 4, maddələr 631, 647, 654,
№ 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr
1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr
1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə
21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr
698, 701, 734, 749, 754, № 6, maddələr
1020, 1033, 1036, № 7, maddələr 1273, 1296,
1297, 1299, № 11, maddələr 1964, 1966,
1969, 1979, № 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr
160, 162, 163 № 3, maddələr 383, 401, 404,
№ 4, maddə 646, № 5, maddələr
857, 860, 862, 876, 883, № 6, maddələr
1153, 1188, № 7 (I kitab), maddələr
1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr
4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374,
389, № 4, maddələr 579, 581, 587, 595, № 5,
maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə
1193, № 8, maddələr 1364, 1367, 1368, 1381,
1383, № 11, maddələr 1682, 1686, 1696, №
12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr
505, 515, 519, № 6, maddələr 670, 672, 681,
№ 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 11, maddələr
1332, 1333, 1336, № 12 (I kitab), maddələr
1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə
894; Azərbaycan Respublikasının
2021-ci il 5 noyabr tarixli 397-VIQD nömrəli
Qanunu) aşağıdakı
məzmunda 428-1-ci maddə
əlavə edilsin:
“Maddə
428-1. Turizm haqqında qanunvericiliyin pozulması
428-1.1. Sığortaçı
ilə mülki məsuliyyət sığortası
müqaviləsi bağlamadan
turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının
həyata keçirilməsinə
görə -
fiziki şəxslər
min manat, hüquqi şəxslər iki min manat məbləğində
cərimə edilir.
428-1.2. Mehmanxanalar
(hotellər) tərəfindən
“Turizm haqqında” Azərbaycan Respublikası
Qanununun 9.1-ci maddəsinə
uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə
görə -
iki min manatdan
beş min manatadək
məbləğdə cərimə
edilir.
428-1.3.“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun
13.2-13.4-cü maddələrinin tələbləri pozularaq,
Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə
və ya vaxtında daxil edilməməsinə, Turizm
Reyestrindəki məlumatların
yenilənməməsinə və ya vaxtında
yenilənməməsinə görə -
üç yüz manat məbləğində
cərimə edilir.
428-1.4. Yerləşmə
vasitələrində yerləşmə
xidmətindən istifadə
edən şəxslərin
elektron qeydiyyatının
aparılmamasına görə
-
iki yüz manat məbləğində
cərimə edilir.
428-1.5. Bu Məcəllənin
428-1.3-cü və 428-1.4-cü maddələrində nəzərdə
tutulmuş xətaların
inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə
görə -
beş yüz manat məbləğində
cərimə edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 dekabr 2021-ci il
Azərbaycan.- 2022.- 19 fevral.-
S.2.