Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının
2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1841; 2019, ¹ 5, maddə 822, ¹ 10, maddələr 1586, 1588; 2020, ¹ 9, maddə 1154) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.0.13-cü yarımbənddə “, Qoruqların” sözü “və Qoruqların” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “və xarici turistlər üçün Azərbaycan Respublikası ərazisində turizm marşrutlarını” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 3.0.30-2 – 3.0.30-7-ci, 4.0.13-1-ci və 4.0.13-2-ci yarımbəndlər əlavə edilsin:
“3.0.30-2. turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etmək;
3.0.30-3.mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını müəyyən etmək;
3.0.30-4. Turizm Reyestrinin aparılmasını
təmin etmək;
3.0.30-5. turizm ehtiyatları ilə bağlı məlumatverici-göstərici
lövhələrin quraşdırılmasını
təmin etmək;
3.0.30-6. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, turistlərin hüquq və vəzifələri
barədə məlumatlandırılmasını
təmin etmək üçün zəruri
tədbirlər görmək;
3.0.30-7. turizm sənayesi subyektlərinin
etik davranış kodekslərini təsdiq etmək, mediada və rəsmi internet saytında dərc etmək;”;
“4.0.13-1. turizm marşrutlarını təsdiq
etmək;
4.0.13-2. turizm sənayesi subyektləri üçün müsabiqələr
keçirmək və
fərqləndirici nişanlar
təsis etmək, həmin müsabiqələrin
keçirilmə qaydasını
və fərqləndirici
nişanların verilməsi
meyarlarını müəyyən
etmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 fevral 2022-ci il
Azərbaycan.- 2022.- 19 fevral.- S.4.