Nərimanov Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Şirin oğlu Həbibullayev fevralın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Zeynal Nağdəliyev təqdimatda çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Elgin Həbibullayev ona göstərilən etimada görə minnətdarlıq edib.

 

Azərbaycan.- 2022.-19 fevral.- S.4.