Nizami Rayon İcra
Hakimiyyətinin yeni
başçısı kollektivə təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Adil oğlu Cəbrayılov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Coşqun Cəbrayılov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Azərbaycan.- 2022.-19 fevral.- S.4.