Ən islahatçı Prezident, ən qayğıkeş Lider
İlham Əliyevin sosial ədalət prinsipinə əsaslanan siyasəti vətəndaş rifahının
yüksəlməsinə xidmət
edir
İki ildir bəşəriyyəti çətin
sınaqla üz-üzə
qoyan qlobal böhranla mübarizəyə
baxmayaraq, Azərbaycanda
bir dənə də olsa sosial
layihə təxirə
salınmayıb. Bu da
bir daha təsdiqləyir ki, dövlət siyasətinin
mərkəzində vətəndaş
rifahının yüksək
təminatı prinsipi
dayanır.
Bunu Prezident
İlham Əliyevin sosial sahədə gerçəkləşdirdiyi islahatlar
da bir daha
təsdiqləyir. Təkcə postmüharibə dövründə reallaşan
sosial layihələrə
nəzər yetirsək,
buna şahidlik etmiş olarıq.
Şəhid ailələri və
müharibə əlilləri
üçün mənzil
proqramı 5 dəfə
genişləndirilib
Prezidentin sosial islahatları çərçivəsində prioritiet ilk növbədə
şəhid ailələrinin
və müharibə əlillərinin mənzillə
təminatı proqramının
icrası olub. Ötən
il şəhid ailəsi üzvləri olan 7942 şəxsə
15,841 sosial ödəniş,
2515 müharibə iştirakçısına
əlillik və sosial ödənişlərin
təyinatı həyata
keçirilib.
Mənzil proqramı 5 dəfə genişləndirilib və
2021-ci ildə bu kateqoriyadan olan şəxslərə 3 min mənzil
verilib.1500-ə yaxın şəhid
ailəsi üzvü və müharibə iştirakçısı işlə
təmin edilib. Şəhid
ailələri üzvləri,
müharibə iştirakçıları,
erməni terrorundan zərər çəkən
şəxslər daxil
olmaqla 10 minədək
şəxsin məşğulluğuna
dəstək göstərilib,
o cümlədən 6 minədək
şəxs özünüməşğulluq
proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub.
Göründüyü kimi, İlham Əliyevin sosial siyasətinin prioriteti şəhid ailələrinin,
müharibə əlillərinin
problemlərinin həlli,
onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasıdır.
Ötən illərə nəzər yetirsək, aydın şəkildə görərik
ki, bu sosial
proqramlar ildən-ilə
daha da genişlənir. Məsələn,
şəhid ailələri
və müharibə əlillərinə 2018-ci ildə
626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev təqdim
edilib. Bugünədək 7400 müharibə əlilinə avtomobil verilib. Ötən il isə
daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin olunub.
Hər bir addımını xalqın
mənafeyinə uyğun
atması, xalqına sədaqəti cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Prezidentin qlobal pandemiyanın
gərgin dövrlərində
böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman
və sərəncamlar
qayğıkeşliyin, səmimiliyin
bariz təcəssümüdür.
Ötən dövrlərə nəzər yetirdikdə görərik ki, son illərdə sosial sahədə inqilabi islahatlar sosial ödənişlərin ciddi
şəkildə artırılmasına
imkan verib. 2019-cu ildə əməkhaqları
və digər sosial ödənişlər
orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb, yeni sosial təminat
növləri, təqaüdlər,
müavinətlər təsis
olunub.
2019-cu ilin sosial ödəniş artımları
üçün dövlət
büdcəsindən illik
əlavə vəsait
olaraq 3 milyard manat ayrılıb. 2020-2021-ci illər də yeni sosial islahatlar
mərhələsi olub.
COVID-19 pandemiyasının məşğulluğa və
sosial rifaha mənfi təsirlərinin
qarşısının alınması
üçün sosial
dəstək proqramları
icra edilib. Postmüharibə dövründə şəhid ailələrinin,
müharibə əlillərinin
təqaüdlərində ciddi,
orta hesabla 60 faiz artımlar edilib, yeni təqaüd
növləri təsis
olunub.
Pensiyalar
artırıldı və
əlavə olaraq maddi yardım ayrıldı
Ötən il pensiyalarda da artım oldu. İlin əvvəlindən
pensiyaların sığorta
hissəsi 11,4 faiz indeksasiya edilərək artırıldı.
2021-ci ildə pensiyaların
orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği
8 faiz artaraq 358 manata çatdı. Ümumilikdə isə son üç
ildə pensiyaların
orta aylıq məbləği 60 faiz artıb.
Prezidentin
ötən il
imzaladığı “Əhalinin
sosial rifahının qorunması sahəsində
əlavə tədbirlər
haqqında” sərəncamı
bu sahədə islahatların uğurla davam etdirilməsinə
real imkan yaratdı və islahatların növbəti mərhələsi
reallaşdı. İllik
əlavə 1,5 milyard manat vəsaiti
nəzərdə tutan
yeni islahatlar paketi 2,1 milyon insanı əhatə etdi.
Prezidentin fevralın 8-də imzaladığı
“Əmək pensiyaçılarının
sosial müdafiəsi sahəsində əlavə
tədbirlər haqqında”
sərəncamı ilə
bir daha ölkəmizdə sosialyönümlü,
o cümlədən dövlət
siyasətinin mərkəzində
vətəndaşların rifahının
yaxşılaşdırılmasının
durduğu və bu sahədə davamlı olaraq tədbirlərin həyata
keçirilməsi təsdiqləndi.
Sərəncama görə əmək pensiyalarının məbləğinin
indeksləşməsi ilə
yanaşı, illik maddi yardım da nəzərdə tutulur ki, bu
da rüblər üzrə bölünərək
əmək pensiyaçılarının
pensiya hesablarına köçürüləcək. Sərəncamın icrası koronavirus pandemiyasının, həmçinin
beynəlxalq bazarlardakı
qiymət artımının
ölkədaxili inflyasiyaya
və əmək pensiyaçılarımızın sosial rifahına göstərdiyi mənfi təsirin zərərsizləşdirilməsinə,
başqa sözlə desək, bu təsirin yumşaldılmasına
xidmət edəcək.
Müvafiq qanuna əsasən, əmək pensiyasına əlavədə vətəndaşın
sığortalanmış pensiya
kapitalı rəsmi inflyasiya səviyyəsinə
uyğun hesablanaraq ona ötən ilin orta əməkhaqqına
edilən artım yer alacaq. Yəni həmin
amillər nəzərə
alınmaqla hesablanacaq.
Bu isə 250-300 manat əmək pensiyası alan şəxslərin
9-10 faiz əmək pensiyalarına əlavə
deməkdir. İkincisi
isə 200 manat məbləğində maddi
yardımdır ki, bu da dörd
rüb üzrə bölünərək, hər
rübün birinci ayında 50 manat məbləğində vəsait
əmək pensiyaçılarının
pensiyalarına əlavə
olunaraq onların hesablarına köçürüləcək.
Yeni sərəncam
qulluq stajına görə əlavələrlə
pensiya təyin edilmiş şəxsləri
də əhatə edir. Dövlət başçısı
tərəfindən Nazirlər
Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının
indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə
dair təkliflərini
1 ay müddətində təqdim
etməsi tapşırılıb.
Qulluq stajına
görə əlavələrlə
pensiya təyin edilmiş şəxslər
99 min nəfərdir və
əsasən pensiyaya çıxmış hərbçilər,
hüquq-mühafizə orqanlarının
əməkdaşları, dövlət
qulluqçuları və
başqalarıdır. Mövcud qanunvericiliyə
əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları
sığorta prinsipindən
kənar formalaşdığına
görə illik indeksasiyalar onların pensiyalarının ümumi
məbləğinə şamil
olunmur. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin
göstərilməsinə və ümumi pensiya məbləğlərinin
hər il
artırılmasına imkan
yaradacaq.
Onu da vurğulayaq ki, digər sosial ödənişlər kimi,
ünvanlı dövlət
sosial yardımlarının
məbləğində də
artım tempi davam edir. 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı
dövlət sosial yardımının orta aylıq məbləği
ötən ilin müvafiq dövrünə
nisbətən 17 faiz artaraq 282 manata çatıb. Ünvanlı
dövlət sosial yardımının təyin
edilməsi üçün ehtiyac
meyarının həddi
yeni qanunla 17,6 faiz və ya
30 manat artırılaraq
2022-ci il üçün
200 manat məbləğində
müəyyən edilib.
Sahibkarlıq sahəsində aparılan
yoxlamalar daha bir il dayandırıldı
Son illərdə ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” məramına uyğun olaraq, qəbul edilmiş qanun və fərmanlar, xüsusilə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin güclənməsi ilə yanaşı, birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək olub.
İlham Əliyev hər zaman sahibkarların böyük hamisi kimi bu sahənin inkişafı üçün mühüm qərar və sərəncamlar imzalayıb. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması isə iş adamlarına gösərilən diqqət və qayğının kiçik bir hissəsidir.
Qeyd edək ki, dövlət başçısı bu günlərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində
“2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilir və qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Ümumiyyətlə, Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında da əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır.
Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. Məhz 2022-ci ilin büdcəsi də bu baxımdan istisna təşkil etmədi və cari ilin büdcəsinin də sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır.
Bunu dövlətin sosial sahəyə göstərdiyi qayğısına nəzər yetirməklə aydın görmək mümkündür. Son 3 ilə nəzər yetirsək görərik ki, ümumilikdə əməkhaqqı və digər sosial ödənişlərin artımı üçün 2019-cu ildəki islahatlar üzrə illik əlavə 4 milyard manat, 2020-ci ildəki islahatlar üzrə illik əlavə 600 milyon manat, 2022-ci ildə isə yeni islahatlar üzrə illik əlavə 1,5 milyard manat, son üç ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması üçün yalnız dövlət vəsaitləri hesabına əlavə olaraq illik 6 milyard manat ayrılıb.
Bu da bir daha təsdiq edir ki, ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman İlham Əliyevin apardığı siyasətin başlıca prioritetləridir. Azərbaycanın qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlər sırasında yer alması da hökumətin maliyyə sabitliyinin təmin olunması yönümündə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində reallaşıb. Uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, möhkəm maliyyə-iqtisadi potensialı qlobal iqtisadi böhran şəraitində belə ardıcıl islahatların həyata keçirilməsinə şərait yaradıb və mütərəqqi islahatlar bu gün də davam etməkdədir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2022.-11 fevral.- S.1;4.