İlham Əliyev
diplomatiyasının daha
bir uğuru
Avropa İttifaqı
ilə Azərbaycan arasında münasibətlərin
inkişafı tərəflər
arasında nəzərdə
tutulan ikitərəfli
sazişin imzalanmasını
sürətləndirə bilər
Hər bir mötəbər beynəlxalq təşkilatla
əməkdaşlıq Azərbaycanın
xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki,
rəsmi Bakının
bu məsələdə
ortaya qoyduğu mövqe həm də respublikamızın
yürütdüyü xarici
siyasətin məzmununu
nümayiş etdirir.
Bu məzmun
isə Azərbaycanın
siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətin
qlobal miqyasda mövqelərini layiqincə
qoruduğunu göstərir. Bu xətt Avropa İttifaqı ilə əməkdaşlıqda da
özünü aydın
şəkildə göstərir.
Xatırladaq ki, 1999-cu ildə qüvvəyə minmiş
Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişi
Azərbaycan-Aİ əlaqələrinin
hüquqi bazasını
təşkil edir. Amma bu o
demək deyil ki, Azərbaycan-Aİ münasibətləri 1999-cu ildən
başlayır. Buna qədər
Aİ ilə münasibətlər TACIS, “Avropa-Qafqaz-Asiya
Nəqliyyat Dəhlizi”
(TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası
proqram” (INOGATE), “Humanitar
yardım” (ECHO) və
digər proqramlar çərçivəsində inkişaf etdirilib.
Azərbaycan Aİ-nin təşəbbüskarı
olduğu beynəlxalq
layihələrdə fəal
iştirak edib.
Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişinin imzalanması
ilə təməli qoyulan əməkdaşlıq
bu gün müxtəlif istiqamətləri
əhatə etməklə
münasibətlərə yeni
çalarlar gətirməkdədir
və əlaqələrdə
son illərdə çox
ciddi irəliləyişlər
müşahidə olunmaqdadır.
Bu, ölkəmizin xarici siyasətinin uğurunun təzahürü
kimi təqdirəlayiqdir.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən
biri, təbii ki, Avropa İttifaqı
ilə tərəfdaşlıqdır. Son 18 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyətli dövlətə
çevrilib. Bunun nəticəsidir
ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda böyük
təcrübəyə malikdir.
Ölkəmiz demək olar
ki, qurumun üzvü olan dövlətlərin üçdə
biri ilə strateji tərəfdaşlıq
haqqında saziş imzalayıb. Bununla yanaşı,
Azərbaycan Avropanın
enerji təhlükəsizliyi
və təchizatının
şaxələndirilməsi üçün də mühüm əhəmiyyət
kəsb edir.
Son illərdə
Azərbaycanla Aİ arasında
münasibətlərdə yeni bir səhifə
açılıb, münasibətlər
daha bir mərhələyə qədəm
qoyub. Azərbaycanla Avropa İttifaqı
arasında paraflanan “Tərəfdaşlıq prioritetləri”
sənədi isə rəsmi Bakının xarici siyasətinin növbəti uğuru idi. Əməkdaşlığın davamı olaraq
münasibətlərdə yeni səhifə açan sənəddə
qeyd edildiyi kimi, münasibətlərin
gücləndirilməsi məqsədilə
qarşılıqlı maraq
və birgə dəyərlərə əsaslanaraq
Azərbaycan və
Aİ tərəfindən birgə
tərəfdaşlıq prioritetləri
razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer
aldığı sənəddə
Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində
dialoqun perspektivləri
də əksini tapıb. Bütövlükdə bu sənəd
ikitərəfli tərəfdaşlıq
əlaqələrinin inkişafı
üçün yeni zəmin yaradıb.
Tərəflər arasında yeganə narahatedici məsələ
isə Aİ-nin Ermənistan və Azərbaycana ayırdığı
maliyyə vəsaiti ilə bağlı idi. Ancaq Azərbaycan Prezidentinin
məsələ ilə
bağlı haqlı iradlarından sonra ədalət bərpa olundu. Belə ki, qurum 30 il
müddətində Qarabağı
viran qoyan, bütün mədəni-dini
abidələrimizi, ibadət
ocaqlarımızı yerləyeksan
edən və əhalisinin sayı 2 milyon olan Ermənistana 2,6 milyard dollar,
Vətən müharibəsindən
sonra regionda təhlükəsizliyin təmini
üçün böyük
layihələr reallaşdıran,
əhalisinin sayı
10 milyonu ötən Azərbaycana isə 140 milyon dollar maliyyə paketi ayırmağı nəzərdə tuturdu.
Prezident İlham Əliyev haqlı olaraq bu məsələni gündəmə gətirərək
bunun səbəbinin aydınlaşdırılmasını istədi. Bu barədə
İtaliyanın “İl
Sole 24 Ore” qəzetinə müsahibəsində
jurnalistin “Siz bir fikir bildirdiniz
və burada ağlıma belə bir sual gəldi.
Avropa İttifaqı bu yaxınlarda Ermənistana
2 milyard dollar həcmində
dəstək paketini elan etdi. Ukraynaya da 2 milyard dollara
yaxın yardım ayrılacaq. Səhv etmirəmsə,
Azərbaycana isə sadəcə, 140 milyon ayrılacaq. Yəni burada
çox böyük fərq var. Sizcə, nə üçün belədir? Belə bir qərar haradan qaynaqlanır?” sualına cavabında Prezident dedi ki, bunun nədən
belə olduğunu demək çətindir. Çünki bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt, Azərbaycan əhalisi üçün
də çox xoşagəlməz bir sürpriz oldu: “Avropa Komissiyası tərəfindən Ermənistana
təqdim ediləcək
paketin həcmi 2,6 milyard dollardır,
Azərbaycana isə sizin qeyd etdiyiniz
kimi, 140 milyon. Yəni fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin
real ehtiyaclarına müvafiqdirmi?
Xeyr.
Hətta azad olunmuş ərazilərdə
Ermənistan tərəfindən
törədilmiş dəhşətli
dağıntıları kənara
qoysaq belə, hər iki ölkənin
əhalisinin sayına
nəzər salsaq, görərik ki, fərq 5 dəfədən
çoxdur - Azərbaycanın
əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal
illəri ərzində
Livanın sahəsinə
bərabər ərazilər
tamamilə dağıdılıb.
Bu gün əcnəbi
vətəndaşlar və
jurnalistlər həmin
ərazilərə səfər
edəndə dağıntıların
miqyasını öz
gözləri ilə görürlər. Eyni zamanda
bizim hesablamalara görə, orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə
prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir
dağıntı yoxdur.
Bu ölkə işğal edilməmişdi,
o, özü işğalçı
idi”.
İlham Əliyev bildirdi ki, fiziki cəhətdən
belə Ermənistanın
iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Beləliklə, bu, çox
təəccüblüdür və Azərbaycanın istəyi ədalətin təmin olunması, yəni eyni şərtlərlə, eyni
həcmdə vəsaitin
verilməsidir.
Bir müddət sonra Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
nazirlərin VIII toplantısında
iştirak etmək üçün ölkəmizə
səfər edən Avropa İttifaqının
qonşuluq və genişlənmə üzrə
komissarı Oliver Varhelyi
xarici işlər naziri Ceyhun Bayramovla
görüşdə bildirdi
ki, Aİ-nin etibarlı tərəfdaşı
kimi iqtisadi sərmayə planı çərçivəsində ölkəmizə 2 milyard
avroluq maliyyə paketi ayrılıb. O, həmçinin bölgədə
həyata keçirilən
bərpa və yenidənqurma işlərində
və bu xüsusda Aİ-nin mümkün rolundan danışıb. Komissar Oliver Varhelyi
Aİ üçün Azərbaycan
ilə tərəfdaşlıq
münasibətlərinin böyük
əhəmiyyət kəsb
etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin
vacib olduğunu qeyd edib. Bu çərçivədə
konkret layihələrin
reallaşmasının nəzərdən
keçirildiyini diqqətə
çatdıran O.Varhelyi
habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib. Aİ-nin
müharibənin nəticələrinin
aradan qaldırılması,
regionda uzunmüddətli
sülhün yaranması
istiqamətində birgə
işləməyə hazır
olduğunu bəyan etməsi bu təşkilatın Azərbaycanla
əlaqələrin inkişafına
verdiyi qiymətin real təzahürüdür.
Bu gün
Azərbaycan tək
Aİ ilə deyil, həm də bu quruma üzv
ölkələrlə də
sıx əlaqələrə
malikdir. Bu əlaqələrin
bütün səviyyələrdə
dərinləşdirilməsi isə həm Azərbaycanın, həm
Aİ-nin, həm də bu quruma
üzv ölkələrin
maraqlarına cavab verir.
Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti
Şarl Mişellə
keçirdiyi görüşlər
və bu görüşdə Aİ rəsmisinin
səsləndirdiyi fikirlər
də bir daha Azərbaycan-Avropa İttifaqı münasibətlərinin
qarşılıqlı maraqlar
əsasında inkişaf
etdiyini təsdiqləyir.
Bütün bunlar bir daha
təsdiq edir ki, bu gün
Azərbaycan müasir
beynəlxalq münasibətlər
sistemində əməkdaşlıq
əlaqələrinin inkişafına,
transmilli layihələrin
reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə
öz töhfəsini
verən fəal aktor və regional güc kimi qəbul
edilməkdədir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan. - 2022.- 19 fevral.- S.1; 6.