Prezident İlham Əliyev Moldovanın Baş
nazirinin müavini, xarici işlər və Avropaya
inteqrasiya nazirini qəbul
edib
Fevralın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ölkəmizdə rəsmi səfərdə olan
Moldova Respublikasının Baş nazirinin müavini, xarici
işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul
edib.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham Əliyev ötən ilin
dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə
keçirdiyi görüşü məmnunluqla
xatırlayıb və ölkələrimiz arasında əməkdaşlığın
hərtərəfli inkişafı üçün
böyük potensialın olduğunu vurğulayıb.
Moldova
Respublikasının Baş nazirinin müavini, xarici işlər
və Avropaya inteqrasiya naziri Niku Popesku Moldova Prezidentinin
salamlarını dövlətimizin başçısına
çatdırıb.
Prezident
İlham Əliyev Moldovanın dövlət
başçısının salamlarına görə minnətdarlığını
bildirib, onun da salamlarını Maya Sanduya çatdırmağı
xahiş edib.
Nazir
Niku Popesku ölkələrimiz arasında diplomatik münasibətlərin
olduğu 30 ilə yaxın müddətdə həmrəylik
prinsipindən çıxış edərək Azərbaycan
və Moldovanın daim bir-birinin ərazi
bütövlüyünü və suverenliyini dəstəklədiyini
diqqətə çatdırıb. Niku Popesku
iqtisadi, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, enerji sahələrində və digər sahələrdə
əməkdaşlıq üçün geniş imkanların olduğunu
bildirib, bu sahələrdə
konkret layihələrin həyata
keçirilməsinin vacibliyini
vurğulayıb.
Azərbaycan.-2022.-11 fevral.- S.1.