R.Ç.Nəcəfin Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti təyin
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti təyin edilsin.
2. Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin
olunanadək həmin vəzifənin müvəqqəti
icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə
həvalə edilsin.
3. Bu
Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 fevral
2022-ci il
Azərbaycan.-2022.-11 fevral.- S.2.