“Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36;
2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109;
2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, №
12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, №
4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə
1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584; 2016, № 2
(II kitab), maddə 268, № 3, maddə 472; 2017, № 10, maddə 1780;
2018, № 7 (I kitab), maddə 1453; 2019, № 5, maddə 847; 2021, № 5,
maddə 441; 2021, № 8, maddə 913) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “14
(on dörd)” sözləri “15 (on beş)” sözləri ilə
əvəz edilsin və həmin bəndə “birinci
vitse-prezidentindən” sözlərindən əvvəl “iki”
sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 fevral
2022-ci il
Azərbaycan.-2022.- 11 fevral.- S.2.