Əlcəzair mətbuatı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq
işlərindən yazıb
Əlcəzairin “Cəzeirinfo” və “Əl Hərir” portallarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, suriyalı türkmən tədqiqatçı Muxtar Fatih Beydilinin müəllifi olduğu məqalədə 44 günlük müharibə zamanı azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və paralel olaraq bu torpaqlarda aparılan quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfərləri zamanı ermənilər tərəfindən viran qoyulmuş bu rayonda yeni obyektlərin təməlinin qoyulduğu diqqətə çatdırılıb. Müəllif bildirib ki, Azərbaycanın dövlət başçısı işğaldan azad olunmuş bütün rayonlara mütəmadi səfərlər edir, yeni infrastruktur obyektlərinin, həmçinin bərpa olunmuş tarixi mədəniyyət abidələrinin açılışında iştirak edir. Prezident İlham Əliyev xarici investorları, o cümlədən ərəb ölkələri şirkətlərini bu prosesdə fəal iştirak etməyə çağırır.
Məqalədə
Füzuli Beynəlxalq Hava
Limanı, “Zəfər Yolu”, “Dost Aqroparkı” və digər mühüm
obyektlər haqqında ərəbdilli oxuculara
məlumat verilib, Heydər Əliyev Fondunun məscidlərin və tarix-mədəniyyət
abidələrinin bərpasında mühüm
rolu vurğulanıb. Müəllif qeyd edib ki,
Türkiyə şirkətləri bu
prosesdə fəal iştirak edirlər.
Azərbaycan.-
2022.- 19 fevral.- S.6.