Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli
940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi
Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 6, maddə 1036; 2017, ¹ 4, maddə 526, ¹ 7, maddələr
1340, 1370, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2328; 2018, ¹ 5,
maddə 900, ¹ 9, maddə 1825; 2019, ¹ 1, maddə 58, ¹ 4, maddə
618; 2020, ¹ 5, maddə 541; 2021, ¹ 5, maddə 435) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən
güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda
aşağıdakı dəyişikliklər edilsin:
1.
3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda
8-ci abzas əlavə edilsin:
“8. ən azı
5 il jurnalist işləyən və
Media Reyestrinə daxil
edilmiş şəxs;”;
2. 3.2.7-ci
yarımbəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 3.2.8-ci yarımbənd
əlavə edilsin:
“3.2.8. ən azı
15 il jurnalist işləyən və
Media Reyestrinə daxil
edilmiş şəxs.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral
2022-ci il
Azərbaycan.-2022.-
11 fevral.- S.3.