Polşa Respublikasının
Prezidenti Zati-aliləri
cənab Andjey Dudaya
Hörmətli cənab
Prezident,
Azərbaycan Respublikası
ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi
ilə əlaqədar
Sizi və dost Polşa xalqını səmimiyyətlə təbrik
edirəm.
Azərbaycan-Polşa münasibətləri dərin
tarixi köklərə
və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz
müasir dövrdə
əməkdaşlığımız üçün möhkəm
zəmin yaratmışdır.
Xalqlarımız arasında dostluq
ənənələrinə söykənən və strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmiş
münasibətlərimizin mövcud
vəziyyəti məmnunluq
doğurur.
Biz Azərbaycan
ilə Polşa arasında əlaqələrə
böyük əhəmiyyət
veririk. Yüksək səviyyəli qarşılıqlı
səfərlər, siyasi,
iqtisadi-ticari, mədəni
və digər sahələrdə genişlənən
əməkdaşlıq diplomatik
əlaqələrimizin otuz
illik tarixini səciyyələndirən cəhətlərdir.
Əlamətdar haldır
ki, biz bu il həm
də münasibətlərimizin
xarakterini bariz şəkildə əks etdirən “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və
iqtisadi əməkdaşlığa
dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin
imzalanmasının beş
illiyini qeyd edirik.
Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı
əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı
perspektivlər var. İqtisadiyyat,
nəqliyyat və digər sahələrdəki
mövcud potensialdan
tam şəkildə istifadə
etməklə əməkdaşlığımızı
daha da möhkəmləndirə
və genişləndirə
bilərik.
Dövlətlərarası münasibətlərin
inkişafında davamlı
təmaslar və ali səviyyəli
səfərlər xüsusi
əhəmiyyət daşıyır.
Mən Sizinlə səmimiyyət
və qarşılıqlı
etimad şəraitində
keçən görüşlərimizi
ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, Azərbaycan-Polşa
əlaqələri dövlətlərimizin
və xalqlarımızın
mənafelərinə uyğun
olaraq birgə səylərimizlə bundan
sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar,
dost Polşa xalqına
daim əmin-amanlıq
və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 fevral
2022-ci il
Azərbaycan.-
2022.- 22 fevral.- S.2.