Moldova parlamentinin sədri: “Azərbaycanla parlament
platformasında əməkdaşlığı bərpa etmək
istəyirik”
Moldova parlamentinin sədri kimi ilk dəfədir ölkənizə səfər edirəm. Biz çox istəyirik ki, parlament platformasında əməkdaşlığı bərpa edək. Yaxşı ideyalar var.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 21-də Azərbaycana rəsmi səfərə gələn Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.
“Moldovada
Azərbaycanın diaspor nümayəndələri
aktiv fəaliyyət göstərirlər.
İnanıram ki, iki
ölkə arasında münasibətlər çox
yaxşı səviyyəyə yüksələcək”, - deyə
parlamentin sədri əlavə edib.
Azərbaycan.-
2022.- 22 fevral.- S.2.