YAP Gənclər Birliyi Xocalı ilə
bağlı çağırış edib
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımından 30 il ötür.
Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a bildirilib ki, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, soyqırımı həqiqətlərinin tanıdılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müəllifi olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində YAP Gənclər Birliyi tərəfindən tviter sosial şəbəkəsində aksiya həyata keçiriləcək.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) gənclər təşkilatlarının da dəstək verdiyi aksiya çərçivəsində müxtəlif dillərə tərcümə olunan Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, həqiqətlər, o cümlədən hazırlanan posterlər fevralın 26-da “#JusticeforKhojaly”, “#KhojalyGenocide”, “#Khojaly30”, “#Khojaly613”, “#HocalıKatliamı” həştəqləri ilə tviter sosial şəbəkəsində paylaşılacaq. Çoxminli YAP üzvlərinin respublikamızın bütün şəhər və rayonlarından, o cümlədən qardaş Türkiyə Respublikasının gənclərinin qoşulacağı aksiya fevralın 26-da dünya ictimaiyyətinin diqqətinin Xocalı soyqırımına çəkmək, tarixi həqiqətləri təbliğ etmək məqsədi daşıyır.
YAP Gənclər Birliyi fəaliyyət sahəsindən, mövqeyindən asılı olmayaraq, bütün təşkilatları və şəxsləri hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi qəbul etdiyimiz bu prosesə qoşulmağa dəvət edir.
Vətəndaşlar
aksiyanın həyata keçirilməsi məqsədilə xüsusi olaraq
hazırlanmış materialları və təlimatı əldə
etmək üçün YAP Gənclər
Birliyinin sosial şəbəkələrdəki
səhifələrinə, o cümlədən
gencler_birliyi@yap.az elektron ünvanına müraciət edə bilərlər.
Azərbaycan.-
2022.- 22 fevral.- S.2.