Ürək yarası da sağalarmış

 

Birinci Qarabağ müharibəsinin başlanmasından 34 il ötür

 

Deyirlər, Allah, dərdini çəkə bilənə ver!

Uca Tanrı ayrı-ayrı adamlara da, bütövlükdə millətə də ağır dərd verə bilər!

Əlacını, dərmanını isə sonraya saxlayar, yaxud heç çarəsini qılmaz!

Hər bir insan isə çəkdiyi dərdini də, hətta  çəkə bilmədiyini də ürəyinə salar...

Ürək  isə qapalı, örtülü yerdə olur.

Kənardan  onu nə kimsə görür, nə də  dərd  yükünü təyin edə bilir!

İçində çəkdiklərini gizlədən, üzə vurmayan da olur, dərdini dilinə gətirib  gileylənən, deyinən, hərdən göz  yaşına güc verənlər də!

Amma sonra yenə çarə Allahdanonun seçdiyi bəndə, təbib, dərman  tərəfindən olur!

Müstəqil Azərbaycan dövlətinin Qarabağ adlı bir dərdi, həllolunmaz  problemi vardı!

Bu dərd  xalqımızın ürəyində qubara  çevrilmişdi!

Bu dərd  gözümüzlə görməsək də,  ürəyimizdə yara bağlamışdı!

Bu həm də  elə bir dərd idi ki,  bizi dost-düşmən yanında sındırırdı,  dilimizi gödək  edirdi!

Bu həm də elə bir  dərd idi ki, dövlətimizin, xalqımızın hər uğuruna sevinəndə, güləndə də içimizdən kədəri  əksilməyə qoymurdu!

Bu dərdi nə çəkmək mümkün idi, nə unutmaq,  nə də arsızlığa salıb əhəmiyyət verməmək!

 

***

 

Bu dərdin bir tərəfi dövlətin, o biri tərəfi isə məcburi köçkünlərin çiynində idi!

Dövlət və onun başçısı təkcə torpaqları geri qaytarmaq  buna görə  iqtisadiyyatı  gücləndirmək, diplomatiya sahəsində yorulmadan aparmaq,  qüdrətli  ordu yaratmaq,  onu ən müasir silahlarla,  strategiya  taktika ilə təmin etmək, sülh danışıqları nə qədər ağır və çətin olsa da, davam etdirmək və dünya erməniliyinin məkrli  oyunlarını puça çıxarmaq barədə  düşünmürdü.

Həm də bir milyondan çox qaçqın və məcburi köçkünü yerləşdirmək, normal həyat şəraitini təmin etmək, müxtəlif növ yardımlar göstərmək, təbii yolla sıraları get-gedə artan bu binəva insanları çadır şəhərciklərindən çıxarmaq, yeri yaratmaq,  şəxsi bizneslərinin  qurulmasına yardımçı olmaq, üstəlik ümidlərini itirməmələri üçün  mənəvi dayaq durmaqla da məşğul idi.

Ulu Öndər Heydər Əliyev məcburi köçkünləri heç zaman tənha və köməksiz qoymadı.

Beynəlxalq qurum və təşkilatların diqqətini onların çətin durumuna  yönəltdi.

Azərbaycana dost ölkələrə  yeni humanitar  yardım ünvanını göstərdi!

İlk dəfə olaraq  qaçqın və məcburi köçkünlərə  sistemli dövlət yardımını, zəruri dövlət qayğısını təmin və təşkil etdi.

Təəssüf ki, ömür vəfasız çıxdı, bu müşkül problemin  həllinə zaman vermədi...

Bu ağır dərdin çarəsini    həm  Ulu Öndərimiz,  həm də tale cənab İlham Əliyevin çiyinlərinə qoymuş oldu!

Möhtərəm İlham Əliyev isə prezidentliyinin ilk günlərində bu barədə  ardıcıl tədbirlər görüb, inamlı addımlar  atmalı oldu!

 

***

 

27 il bir o qədər də qısa müddət deyil!

Hərçənd ki, qocaman tarix üçünbir göz qırpımı” da sayıla bilər!

Amma bu 27 ilin hər gününü  yurdhəsrətlilər qubarla, intizarla, dözümsüzlüklə  yaşadılar...

Doğma yurdu, el-obanı  bir an belə yaddan çıxarmadılar.

Ürəklərindəki  yara heç zaman  qaysaq bağlamadı, daim qövr elədi!

Vətəni görmədən dünyasını dəyişənlərin sayı ilbəil artdı.

Ata-baba qəbiristanlığında gömülmək üçün  əmanət qəbirlərdəgözləyənlərçoxaldı...

Dünyadan ədaləti, beynəlxalq hüququn təntənəsini, işğalçıya təzyiq  göstəriləcəyini umsaq da, əlimiz boşda, ümidimiz  havada qaldı.

Sanki BMT-nin Təhlükəsizlik Şurası da  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı 4 qətnamə  qəbul etdiyini  yaddan çıxarmışdı.

İkili standartlar  bizi sıxdı...

Ürəyimizə saldıq!

İşğalçı ilə işğala məruz qalanı  eyni tutdular...

Ürəyimizə saldıq!

Münaqişəni həll etməli olan  ATƏT-in Minsk qrupu   Siz razılığa gəlsəniz, biz onu dəstəkləyəcəyik  söyləyəndə  bizə qəribə gülməli gəldi.

Ürəyimizə saldıq!

Sülh danışıqlarında Ermənistanın dövlət başçıları özlərini yekəxana, yekəbaş apardılar...

Dişimiz bağırsağımızı kəssə , üstlərinə gedə bilmədik, dözdük.

Ürək isə dözmürdü, yara dərinləşirdi!

Artıq möcüzə gözləyirdik!

Yüz minlərlə insanı doğma torpaqlara qovuşduracaq möcüzəni!

Sən demə, həyatda möcüzə varmış!!!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 gündə yaratdığı möcüzə!

Bizi doğma torpaqlara qovuşduran möcüzə!

Bizi qalib dövlətə, qalib xalqa çevirən möcüzə!

Düşməni Qarabağdan  silib-süpürən,  rədd edib atan möcüzə!

 

***

 

Sitəmli günlərimizi heç zaman unuda bilmərik!

Bəs bu gün möhtəşəm  Zəfərin zirvəsindən geriyə boylananda görürük:

22 fevral  1988-ci il!

Qarabağ müharibəsinin  başlandığı, iki  ağdamlı gəncin - Əli Bəxtiyarın şəhid  edildiyi gün!

8 noyabr 2020-ci il!

44 günlük  Vətən müharibəsinin Ermənistanın kapitulyasiya aktının imzalaması ilə başa  çatdığı gün!

27 illik işğala 44 günlük Zəfərlə son  qoyulduğu xoşbəxt unudulmaz tarix!

Bu tarixlərin arasında qədər şəhid qanı  axıb, insanlar qədər əzab-əziyyətə qatlaşıb, yurd həsrəti çəkib...

Həm heç bir günahları olmadan sərsəm, faşist  xislətli,  ağlını itirmiş özgə torpağına göz dikən, onu zorla ələ keçirmək istəyən başsız millətin,  aqressiv  dövlətin vəhşiliyi ucbatından.

Bəs aldığı, 27 il işğalda saxladığı ərazilərdə erməni vandalları özlərini necə aparıblar?

Başqasının torpağına yiyələnmək onlara xoşbəxtlik, var-dövlət, rahatlıq  gətiribmi?

Çəyirtkə sürüsü keçəndən sonra  bağ-bağatda, zəmi yaşıllıqlardan qalırsa,  ermənilər Qarabağdan qovulduqdan sonra təkcə təbiətdən yox, yaşayış məntəqələrindən   o qalıb!

Vəhşi Afrika dövrünün cəngəllik qəbilələrini xatırladan bu millət  (özlərini dünyadaən qədim”, “ən mədəni”, “ən məzlumxalq kimi təqdim etsələr )  dostlarının, həmməsləklərinin köməyi ilə gözə görünən bütün tikili qurğuları,  insana gərək olacaq fayda verə biləcək hər şeyi söküb, daşıyıb pula çevirmiş, apara bilmədiyini yerlə-yeksan etmiş, hətta meyvə ağaclarını  qırıb nəyəsə işlətmişdir.

Bəli, ermənilər bu işğalla  müəyyən qədər qazandılar:

Təbii sərvətlərimizi talayıb apardılar, evlərimizi söküb daşıdılar, meşələrimizi qırıb satdılar,  topraqlarımızda əkib-becərib məhsul yığdılar...

Həm hər yeri dağıdıb viran qoydular, yaşayış məntəqələrini  yer üzündən sildilər...

Amma özlərini günə çıxara bilmədilər: forpost dövlətə çevrildilər,  monoetnik respublika oldular, dilənçi vəziyyətinə düşdülər,  cavanları qırıldı, fərariyə çevrildi, əhali baş götürüb getdi, ölkə boşaldı...

İndi isə hələ leşlərinin qalıqlarını yığırlar, ağlı başında olan bir adam tapıb dövlət başçısı qoya bilmirlər, bir-birilərinin ətini yeyirlər, sabahlarına inanmırlar, revanşizmdən  dəm vursalar da, pulları var ki, silah alıb ordunu bərpa edələr, adamları var ki, orduya gətirib sərhədlərini qoruyalar, tapırlar ki, pul qazanıb aclıqdan qurtulalar!

bu günləri gündür, sabahları var!

dövlət ola biləcəklər, bu xislətlə rahat yaşayasıdırlar!

Ürəkdə dərd-qubar olmayanda insanın üzü daim gülər!

İnsan ən böyük dərdinə çarə tapanda  özünü rahat xoşbəxt hiss edər.

İnsan dil qısalığından, baş aşağılığından, qınaq tənədən qurtaranda yüngülləşər!

Qalib  millət özünü bəxtəvər əmin hiss edər.

Milləti  qələbəyə  rəhbəri, sərkərdəsi çatdırar!

Ona xalq sevgisini Tanrısı, dövlətin qüdrəti rifahı, xalqın  arzu  istəyini gerçəkləşdirməsi qazandırar!

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun  Heydər  Əliyev kimi  rəhbəri   Ulu Öndəri olub.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi  lideri sərkərdəsi var!

 

***

 

Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!

Eşq olsun şanlı qüdrətli ordumuza!

Eşq olsun qəhrəman əsgər zabitlərimizə!

Eşq olsun əməli düz,  haqq, ədaləti uca tutan dostlarımıza qardaşlarımıza!

Mənfur ermənini elə çəyirtkə sürüsü kimi qırıb torpaqlarımızdan qovduq!

Bütün şəhidlərimizin qisasını artıqlaması ilə aldıq!

Dağıdılmış  el-obalarımızın, qəbiristanlıqlarımızın heyfini  çıxdıq!

Həm murdar xislətlilərin əsl simasını bütün dünyaya faktlar əsasında  açıb göstərdik!

İndi dünyanın böyük hissəsi  ermənini olduğu kimi tanıyır!

İndi heç kim bu barbar xalqın  göz yaşlarına, “məzlumluğuna  inanmır!

İndi erməni yalanından  bezənlər  daha ona qucaq açmır, dirsək göstərərək arxa çevirir!

44 günlük Zəfər müharibəsindəki qələbələrimizdən biri   budur!

 

***

 

Biz dünən itirsək , bu gün qazanmışıq!

Həm hərtərəfli, əbədi!

İnandığımız, tarixin sınaqlarından şərəflə çıxan İlham Əliyev kimi rəhbərimiz, Müzəffər  Sərkərdəmiz var!

Qayıtdığımız Vətəni  yenidən  cənnətə çevirməyə hər cür imkanımız var!

Açıq alnımız, qalib millət kimi adımız,  Türkiyə kimi dostumuz, qardaşımız, sarsılmaz birliyimiz var!

Bizə qüvvət, qüdrət gətirən, 44 günlük Vətən müharibəsində qələbəyə çatdıran azərbaycançılıq kimi ideologiyamız, bütün çətin sınaqlardan çıxan milli-etnik tamlığımız var!

Bütün təhdidləri, revanşizm cəhdlərini məhv edəcək qüdrətli ordumuz,  ən müasir mükəmməl silahlarımız var!

Sabaha möhkəm inamımız, daha xoş günlərə çatacağımıza təminatımız, dövlətimizin gücünə, qüdrətinə əminliyimiz var!

Daha yurd həsrəti, vətənsizlik dərdi ürəyimizi deşib dağlamır!

Sən demə, ürək yarası da sağalarmış!

Biz Allahın bu sınağından uğurla, birliyimizlə çıxdıq!

İndi isə bizə bu  səadəti bəxş edənlərin - Baş Sərkərdənin, qalib ordunun qədrini bilməli, şəhidlərimizi hörmətlə anmalı, qazilərə qayğımızı əsirgəməməliyik!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2022.- 22 fevral.- S.1; 3.