Şəhid ailələri və qazilərin məşğulluğunun
təmin edilməsi unudulmamalıdır
Prezident bu məsələnin vacibliyini
bir daha vurğuladı
Şəhid ailələri,
müharibə əlilləri
və bu kateqoriyadan olan digər şəxslərə
maliyyə dəstəyinin
göstərilməsi, onların
mənzillərlə, minik
avtomobilləri ilə
təminatı, müalicəsi,
sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən digər tədbirlər ardıcıl xarakter daşıyır.
Dövlət başçısı,
Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən,
bu insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Aylıq təqaüd
və digər sosial ödənişlərlə yanaşı,
həmin vətəndaşların
rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox
sosial proqramlar həyata keçirilir ki, bunlardan da biri onların
məşğulluq probleminin
həllidir. Aktiv məşğulluq proqramlarında
- özünüməşğulluqda, ödənişli ictimai işlərdə bu kateqoriyadan olan insanlara üstünlük
verilir. Həmçinin onların məşğulluğunun
təmin edilməsi məqsədilə bütün
işəgötürənlər üçün məcburi
kvota müəyyən
edilib. Beləliklə,
şəhid ailələri
və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması
üçün bu
istiqamətdə
də
mütəmadi iş
aparılır.
Prezident İlham
Əliyev bu il fevralın 18-də Bakı
şəhəri Nizami və Nərimanov, eləcə də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçılarını təyin
olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən sözügedən mövzuya
bir daha toxunub: “Vətən müharibəsində qəhrəmanlıq
göstərmiş övladlarımızın
məşğulluq məsələləri
də mənim göstərişimlə öz
həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə
genişmiqyaslı işlər
görür - Məşğulluq
Marafonu keçirilir.
Mənim
tərəfimdən sahibkarlara
tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə,
Vətən müharibəsində
fərqlənmiş gənclərimizi
nəzərə alsınlar.
Əlbəttə ki, dövlət
qurumları qarşısında
bu vəzifəni mən qoymuşam. Siz də bu amili
nəzərə almalısınız
ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin
təkmilləşdirilməsi üçün müxtəlif
tədbirlər görülməlidir.
Yəni
biz onları gələcək
fəaliyyətə hazırlamalıyıq.
Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin
düzgün təşkilində
əsas prinsiplər, bax, dediyim iş
qabiliyyəti, vətənpərvərlik
və dövlətçilik
əsasları olmalıdır”.
Ümumiyyətlə, həm Vətən
müharibəsindən əvvəl,
həm də sonrakı dövrdə şəhid ailələrinin,
qazilərin daim dövlətin diqqətində
olduğu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış
şəraitlərinin yaxşılaşdırılması
üçün
bütün zəruri
addımların atıldığı
hamıya məlumdur.
Bu, dövlət siyasətinin
əsas prioritetlərindən
sayılır. Rəqəmlərə
nəzər salaq: keçən il
bu kateqoriyadan olan insanlara 3 min mənzil verilib. Postmüharibə dövründə həmin kateqoriyayaya daxil olan 45 min vətəndaşımıza 50 min növ xidmət göstərilib.
Şəhid ailəsi
üzvləri olan 7942
şəxsə 15 841 sosial
ödəniş, 2515 müharibə
iştirakçısına əlillik və sosial ödənişlərin
təyinatı həyata
keçirilib. 184 hərbçi
son nəsil 193 yeni protezlə, 1200 müharibə
əlili 13 minə yaxın reablitasiya vasitəsilə təmin olunub.
Prezidentin 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyadan
olanlara
2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin
verilməsi nəzərdə
tutulub.
2021-ci ildə şəhid
ailələrinə və
müharibə əlillərinə
üç il
əvvələ nisbətən
5 dəfə çox mənzilin verilməsi proqramı icra olunub. Xatırladaq
ki, şəhid ailələri və müharibə əlillərinə
2018-ci ildə 626, 2019-cu ildə
934, 2020-ci ildə 1572 mənzil
və fərdi ev təqdim
edilib. Həmçinin
əlillərin avtomobillə
təminatı işi də uğurla aparılır. İndiydək 7400 müharibə əlilinə avtomobil verilib. Ötən il isə
164 nəfər müharibə
əlili minik avtomobili ilə təmin olunub.
Məşğulluğun həlli
də, qeyd edildiyi kimi, bu məsələlərin ön
cərgəsindədir. Belə
ki, həmin tədbirlərin bir istiqaməti də sözügedən
insanların kiçik
biznesə çıxışına
özünüməşğulluq proqramı vasitəsilə
şərait yaradılmasıdır.
Bu məqsədlə postmüharibə
dövründə 6,5 mindən çox şəhid ailəsi üzvü və qazi, erməni terrorundan zərər çəkən şəxs
özünüməşğulluq proqramına cəlb edilib. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər
təşkil olunub.
Təlimlərdən sonra isə
seçdikləri iqtisadi
fəaliyyət növləri
üzrə kiçik
ailə təsərrüfat
və müəssisələrini
yaratmaları üçün
onlara lazımi mal və materiallar, avadanlıqlar formasında
aktivlər təqdim edilib. Ümumilikdə,
postmüharibə dövründə
qeyd olunan kateqoriyalara aid 10 min şəxs
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları
ilə əhatə olunub.
Vətən müharibəsindən
sonra səmərəli tədbirlərdən
olan “Məşğulluq
marafonu”
da həyata keçirilir və həmin marafon çərçivəsində
şəhid ailəsi
üzvlərinin və
qazilərin məşğulluğu
həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən
ilin iyun ayında başlanan “Məşğulluq marafonu”na
bu günədək
618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib. Həmin vakansiyalar
üzrə qeyd edilən kateqoriyalara aid
1744 şəxs işlə
təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin
verilməsi davam edir. Tədbir “Qəhrəmanlarımızın
məşğulluğuna birgə
dəstək olaq!” devizi altında keçirilir.
Prezident İlham
Əliyevin bir çox çıxışlarında
bu məsələyə
toxunması onların
vacibliyinə bir daha diqqət çəkir.
Qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetirilməsi şəhidlərimizin xatirəsinin
bizim üçün
nə qədər əziz, qazilərimizin nə qədər dəyərli olduğunu dönə-dönə
təsdiqləyir.
Flora SADIQLI
Azərbaycan.-
2022.-22 fevral.- S.4.