Omikronun sonuna yaxınlaşırıq?

 

 

Mart ayından sonra yoluxma hallarının azalacağı proqnozlaşdırılır

 

 

 

Koronavirusun  Omikron” ştamı yayılmağa başlayandan sonra bir çox ölkələrdə yoluxma halları kəskin artıb.

Artıq dünyanın demək olar ki, bütün ölkələrini “Omikron” dalğası bürüyüb. ABŞ-dakı qlobal sağlamlıq tədqiqat mərkəzi olan Vaşinqton Sağlamlıq Metrik və Qiymətləndirmə İnstitutunun (IHME) proqnozlarına görə, hazırda davam edən “Omikron” dalğasının əksər ölkələrdə mart ayının sonuna qədər pik nöqtəyə çatacağı və daha sonra yoluxma hallarının azalmağa başlayacağı gözlənilir.

 

 

 

Omikronda, digər variantlar kimi, ölümə səbəb ola bilər

 

 

 

İnstitutun qənaətincə, “Omikron”un BA.2 altvariantının BA.1-dən daha şiddətli olduğuna dair heç bir sübut yoxdur. Ancaq BA.2 altvariantının yayılmasıOmikrondalğasının davametmə müddətini uzada ya ikinci dərəcəli dalğalanmaya səbəb ola bilər. Buna görə yeni variantlara nəzarət davam etdirilməlidir. Yoluxma halları ilə bağlı virusun daha bir variantının yayılması ehtimalına da hazırlaşmaq lazımdır. Hesab edilir ki, dünya əhalisinin böyük bir hissəsi bu ştama yoluxandan sonra -  təxminən aprel ayındaOmikrondalğasını ötüb keçəcəyik. Şimal yarımkürəsində isə bu, yay payıza qədər uzana bilər: “Əlbəttə ki, immunitetdənqaçanyeni bir variant ortaya çıxa bu, əsas dinamikanı dəyişdirə bilər. Lakin belə bir vəziyyət olmazsa, biz “Omikrondalğasının indidən başlayaraq getdikcə azalacağını gözləyirik. Qarşıdakı həftələrdə xəstəxanalara yerləşdirmə ölüm səviyyəsi indi müşahidə etdiyimizdən daha aşağı səviyyədə olacaq”.

Şotlandiya hökumətinin Səhiyyənin Keyfiyyətinin Strategiyasının Milli Klinik direktoru, professor Jason Leitch artıq ölkəsindəOmikrondalğasının demək olar ki, bitdiyini açıqlayıb. Lakin bunu da nəzərə çatdırıb ki, pandemiya bitməyib, o yalnız yarı yoldadır. Professorun fikrincə, “Omikron”un tənəzzülüçox yaxşıgedir COVID- bağlı xəstəxanaya qəbulların sayı azalır: “Bu pandemiya fevralda bitməyəcək. Biz “Omikron”un sonuna yaxınlaşırıq, amma pandemiyanın sonuna yaxın deyilik. Ümumdünya Səhiyyə Təşkilatı da yolun yarısını keçdiyimizi düşünür”.

 

Professor Leitch bu fikirdədir ki, virus endemik hala gələndə bu onunyoxolması demək deyil: “Bir xəstəlik coğrafi ərazidə ardıcıl proqnozlaşdırıla bilən bir mövcudluğa malik olduqda endemik hesab edilir. Malyariya endemik xəstəlikdir, amma o da hər il yarım milyon insanı öldürür”.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus  da pandemiyanın bitdiyini söyləmək fikrindən uzaq olduqlarını söyləyib. Onun sözlərinə görə, “Omikronvariantında daha yüngül simptomlar müşahidə olunsa da, bunun yüngül bir xəstəlik olduğu illüziyasına qapılmaq lazım deyil. ÇünkiOmikronda ölümə səbəb ola bilər.

 

 

 

Deltada gündəmdədir

 

 

 

Son günlər ərzində Azərbaycanda da koronavirusa yoluxma halları kəskin artıb. Səhiyyə naziri Teymur Musayev bunun əsas səbəbinin daha yoluxdurucu olanOmikron” ştamının ölkədə yayılması ilə izah edir. Ancaq nazir hazırda ölkədə koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu bildirir: “Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikronla bərabər hələ “Delta” variantı da gündəmdədir. Reanimasiyaya düşən pasiyentlərin arasında bunu müşahidə edirik. Ümumilikdə vəziyyət qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, “Omikron” ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirirlər. Bu, iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilir. Artıq bir neçə şəxs reanimasiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidirlər”.

 

Nazir epidemioloji vəziyyətlə əlaqədar hər hansı məhdudlaşdırıcı addımların atılmasına zərurət olmadığını açıqlayıb.

 

Bundan sonra da yeni ştamların yarana bilməsini mümkün sayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı isə qeyd edib ki, yay aylarına qədər bütün lazımi tədbirlər görülərsə, peyvəndlənmə faizləri artırılarsa, daha normal həyata keçməyimiz mümkün olacaq: “Bəzi şəxslər pandemiyanın bitdiyini deyirlər, amma pandemiya bitməyib. Bu vaxta qədər olan pandemiyalar kimi, bu da bitəcək. Lakin bu qoyulan tələblərə əməl etməklə mümkündür”.

 

ÜST rəsmisi bildirib ki, Azərbaycan əhalisinin 47 faizini hər iki doza üzrə peyvəndləyərək ÜST-ün 40 faizlik hədəf səddini ötüb. Peyvəndlənmə ilə əlaqədar COVID-dən ölüm halları da azalıb.

 

 

İlhamə İSABALAYEVA,

Azərbaycan.-2022.- 12 fevral.- S.1;7.