Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1508; 2019, ¹ 3, maddə 419, ¹ 6, maddə 1049; 2021, ¹ 3, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1540 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nin 3.1.33-cü yarımbəndinə “sahələrdə” sözündən sonra “, habelə həmin təşkilatlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun  41-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə uyğun olaraq Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2022-ci il

Azərbaycan.-2022.- 12 fevral.- S.3.