Naməlum əsgərin məzarını ziyarət
Rusiya Federasiyasında rəsmi səfərdə
olan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev fevralın 22-də Moskva şəhərindəki
Aleksandr bağında naməlum əsgərin məzarını
ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.
Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.
Azərbaycanın Dövlət Himni səsləndirildi.
Sonra fəxri
qarovul dəstəsinin keçidi
oldu.
Azərbaycan.-
2022.- 23 fevral.- S.1.