Daxili işlər naziri Əlahiddə Çevik Polis Alayında əməliyyat
müşavirəsi keçirib
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdiyini, ölkəmizdə mövcud sabitliyin, təhlükəsizlik şəraitinin, ümumən ictimai asayişin etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyinin olduğunu diqqətə çatdırıb.
Nazir Vilayət Eyvazov xidməti fəaliyyətdə əsas diqqəti vətəndaşların təhlükəsizliyinin daha etibarlı qorunmasına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda, şəxsi heyət arasında nizam-intizamın gücləndirilməsinə yönəltməyi tələb edib.
General-polkovnik Vilayət Eyvazov xidməti funksiyaların səmərəli
həyata keçirilməsi üçün
ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hərtərəfli
şəraitin yaradıldığını, şəxsi heyətin
dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib. Nazir Vilayət Eyvazov əmin olduğunu bildirib ki, nazirliyin mühüm struktur
qurumlarından olan Əlahiddə Çevik Polis
Alayının şəxsi heyəti qanunla
müəyyən edilmiş vəzifələri,
qarşıya qoyulan bütün
tapşırıqları bundan sonra da əzmlə yerinə
yetirəcək, göstərilən etimadı sədaqətli
xidməti ilə doğruldacaq.
Azərbaycan.-
2022.- 23 fevral.- S.5.