İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qalibləri mükafatlandırılıb

 

Fevralın 22-də Baş Prokurorluqda prokurorluq orqanları tarixində ilk dəfə keçirilmişİlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatlar təqdim olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi, prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu vurğulayıb.

Qeyd olunub ki, dövlətimizin başçısının tövsiyə və göstərişlərinin icrası üzrə prokurorluq orqanlarında aparılan islahatların mühüm istiqamətlərindən biri kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, geniş dünyagörüşünə və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi təşkil edir.

Məhz bu kontekstdə həyata keçirilən islahat tədbirləri çərçivəsində prokurorluq orqanlarının ibtidai istintaq, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, məhkəmənin hökm və digər yekun qərarlarının icrası qaydasında icraatda iştirakı üzrə fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması və müsbət təcrübəsinin yayılması məqsədilə cari ilin yanvar-fevral ayları ərzində ötən ilin yekunlarına əsasən “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələri keçirilib.

Müsabiqələrin təşkili və keçirilmə qaydası barədə “İlin ən yaxşı müstəntiqi” müsabiqə komissiyasının sədri - Baş prokurorun birinci müavini Elçin Məmmədov və “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə komissiyasının sədri - Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat veriblər.

Müsabiqələrin nəticələrinə əsasən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Duşdurov Orxan Bəhram oğluİlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Əliyev Şaiq Allahyar oğlu isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçiliblər.

Bununla yanaşı, tədbirdə xüsusi vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də prokurorluq əməkdaşlarının bir sıra beynəlxalq qurumlarda təmsil edilmələrinin zəruriliyi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin idarə prokuroru Orucov Elşən Elşar oğlu Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığının Hüquqi əməkdaşlıq bölməsində yaranmış vakansiya üzrə yüksək nailiyyətlər əldə etməklə konkursların qalibi olaraq birillik staj keçmək hüququ qazanıb.

Müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə Baş prokuror tərəfindən diplommükafatlar, həmçinin E.Orucova və xidməti vəzifələrinin icrasında fərqlənmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim olunub.

Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə güclü, müstəqil və obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti uğurla davam etdirilir.

Prokurorluq orqanları tərəfindən də cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab olunub.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2021-ci ilin yekunlarına əsasən, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “Azərbaycan” qəzeti, “Xəzər” Televiziyası və “Reportinformasiya agentliyiProkurorluğun dostu” mükafatı ilə təltif olunublar.

Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunmuş “Azərbaycan” qəzetinin Baş redaktorunun müavini Raqif Məmmədli, “Xəzər TV” MMC-nin baş direktoru Murad Dadaşov və “Reportinformasiya agentliyinin baş direktoru Fuad Hüseynəliyev çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

 

Azərbaycan.- 2022.- 23 fevral.- S.5.